Barını çürüdən ağac
25.10.2025 [09:54]
Onore de Balzakın “Yevgeniya Qrande” romanı haqqında
Ölkədə, bölgədə, dünyada baş verənləri izlədikcə istər-istəməz belə bir qədim sualla qarşılaşırsan: sənətkar öz yaradıcılığında bütün bunlara mütləq reaksiya göstərməli, qiymət verməlidirmi? Cəmiyyətin maraq dairəsinə düşən tiplərin obrazlarını yaratmalıdırmı? İçində yaşadığı, hələ bitməmiş dövrə, gərdiş eləməkdə olan dövrana münasibətini bildirməlidirmi? Söhbət, əlbəttə, bədii münasibətdən gedir, vətəndaş münasibəti bu məsələdə müzakirə mövzusu deyil.
Balzakın yaşadığı, yazıb-yaratdığı illər - XIX əsrin birinci yarısı böyük müharibələrin, üsyanların, inqilabların, ictimai-siyasi çalxantıların aramsız baş verdiyi zamanlar idi. O zaman dünya yenidən qurulurdu, monarxiya estafeti respublikaya, feodalizm kapitalizmə, aristokratiya burjuaziyaya verməyə başlamışdı, sənətin klassik kanonları modern qəliblərlə əvəzlənirdi. Bir sözlə, köhnəliklə yenilik hələ iç-içəydi, bir-birindən tamam ayrılmamışdı (yeri gəlmişkən, proses bu gün də tam başa çatmayıb). Bir yanda sərkərdələr, qəhrəmanlar, siyasətbaz şarlatanlar meydan sulayır, o biri yanda alimlər, filosoflar, sənətkarlar yeni ixtiralar ortaya qoyur, yeni ideyalara can verirdilər. Quruluşlar, bayraqlar, gerblər dəyişirdi, silahlar, texnologiyalar, qiyafələr təkmilləşirdi, insan xisləti isə dəyişməz qalırdı. Dünən övladlarından yarımayan binəsib kral - insan çobanı bu gün dünya səhnəsinə bədvaris fabrikant, həm mənəvi, həm də maddi iflasa uğramış tacir kimi çıxırdı. Qiyafələr, donlar təzə, ölü cəmdəkləri hərəkətə gətirən, vücudları yerindən oynadan mexanizmlər köhnəydi.
Balzak üçün bütün bu baş verənlər münbit ədəbi zəmin, mükəmməl dekorasiya, al-əlvan fon funksiyasını yerinə yetirirdi. Onun əsərlərində oxucu yazıçının sağlığında, ondan əvvəl baş vermiş hadisələrin əks-sədasını eşidir, bəzən ictimai-siyasi proseslərin episentrinə də düşür, bununla belə bu əsərlərə dövrün xronikası kimi baxmaq olmaz. Hərçənd Balzakın yaradıcılığı dövrünün mənzərəsini istənilən xronikadan, tarixi salnamədən daha yaxşı göstərir, çünki onun əsərlərində real insan obrazları, gerçək insan xislətləri təsvir olunub, xronikalarda, salnamələrdə isə hadisələr əsasən üzdən izlənir, bu hadisələri, sosial kataklizmləri törədən gizli, daxili səbəblərə, yəni insan psixologiyasına işıq tutulmur. Sosial ədəbiyyatı da o qismə aid eləmək olar, bu tip ədəbiyyat da insan talelərini sosial münasibətlər kontekstində gözdən keçirir. Yəni tutalım, savaşlar, ictimai ədalətsizlik, yaxud repressiyalar insan talelərini necə sındırır, fərdləri, ailələri, xalqları bədbəxtliyə necə sürükləyir, adət-ənənə yeniliyə necə müqavimət göstərir, var-dövlət, ya da yoxsulluq hansı fəsadlar verir, dini-milli çəpərlər xoşbəxtliyə necə əngəl törədir...
***
Fəqət bütün bu faciələrin arxasında insan psixologiyası, insan təbiəti durur - “Bəşəri komediya”ya yazdığı girişdə Balzak bəşər cəmiyyətini heyvanlar aləminə bənzədir, təbiətlə cəmiyyət arasında analogiya aparır. Onun fikrincə, insan ayrılıqda nə yaxşı, nə də pisdir, fərd dünyaya öz instinktləri, meyilləriylə gəlir. Cəmiyyət, maarifçilərin dediyi kimi, onu pozmur, əksinə, daha da kamilləşdirir, yaxşılaşdırır, əhliləşdirir; di gəl, mənfəət, nəf dalınca qaçmaq insanı korlayır, onun neqativ istəklərini hərəkətə gətirir, yırtıcı ehtiraslara təkan verir. Yazıçıya görə, xristian dini, o cümlədən katolik məzhəbi insanın azğın instinktlərini cilovlayıb sosial nizamı qorumaq üçün bütöv bir sistem formalaşdırıb.
Elə həmin müqəddimədə Balzak yazır ki, cəmiyyətin aramsız təkmilləşməsinə yox, ayrıca götürülmüş insanın kamilləşməsinə inanır; ardınca da onu sensualistlərin, materialistlərin - panteizm fəlsəfəsinin bu iki qolundan birinin nümayəndəsi sayanlarla razılaşmadığını deyib, personajlarından birinin timsalında dolayısıyla özü haqqında “xristian Buddası” ifadəsini işlədir (hərçənd Budda özü də nirvanaya panteistik çevrilmələrdən keçəndən sonra çatıb). “Bəşəri komediya”ya giriş sözündə müsbət qəhrəmanlarıyla bağlı dedikləri də göstərir ki, Balzak əzəli insan xislətinin dəyişmədiyinə inansa da, insanın öz xislətinə (yəni əslində ruhun bədənə) üstün gəlməsini mümkün sayır.
Xislət, təbiət min il, on min il əvvəl hansı fəsadlar verirdisə, bu gün də həmin fəsadları törətməkdədir. Obrazı istər qədim Misirə, Babilə tulla, istərsə də yaşadığın günlərə gətir - əgər onun təbiəti doğru analiz olunubsa, içindəki mübhəm duyğular düzgün incələnibsə, yasaq arzuları işığa çıxarılıbsa, demək, həmin obrazı yaradan sənətkar həm öz dövrü-zamanı, həm də bəşər övladı haqqında dəqiq, dürüst məlumat verib. Məsələn, mən sovet dövrünü görmüş klassiklərimiz arasında Hüseyn Caviddən daha çox antisovet qələm adamı tanımıram, halbuki Cavid əfəndi sovetlərin əleyhinə açıq mətnlə, birbaşa heç nə deməyib. Bununla belə onun bütün ideyaları, mövzuları, obrazları kommunist-bolşevik qaragüruhunun sənətə, sənətkara cızdığı çərçivədən tam kənardadır, sosializm realizmi kanonlarına bilmərrə sığmır. Şərt o deyil ki, açıq-aşkar şəkildə Lenini, Stalini pisləyəsən - bu tip mətnlər bir dövr üçün kara gəlsə də, daha çox ictimai-siyasi əhəmiyyət daşıyır, sənətkarlıq baxımındansa uzunömürlü olmur. İdeoloji müqavimət estetik dəyər qazanmayanda sənət hadisəsinə çevrilmir. İndi kənardan baxanda Cavidin “İblis” faciəsi sovet rəhbərlərinə qoşulmuş, arada-bərədə dillərdə dolaşan lətifələrdən, həcvlərdən, çapını on illərlə gözləmiş antisovet mətnlərdən mahiyyətcə daha antisovet görünür. İndi də belədir, o vaxt da beləydi.
Bu baxımdan Balzak da bir epoxanın fonunda yaratdığı surətlərin timsalında ümumən insan xisləti, insan cəmiyyəti haqqında sözünü deyib. Onun obrazları bu gün də sağdır, onun yaratdığı tiplər bu gün də aramızda gəzib dolaşırlar. Yalnız əllərindəki vasitələr təkmilləşib, meydanları genəlib, çağdaş tibbin inkişafı sayəsində ömürləri bir az da uzanıb, iştahaları, qazancları daha da artıb; vəhşi cəmiyyətdən qaçıb zahidanə ömür sürmək istəyənlərin imkanları isə, əksinə, xeyli azalıb, şəxsi azadlığın meydanı daralıb. Balzak əsərlərində yaratdığı personajların diliylə azadlığa susamış fərdin yalnız insan cəngəlliyindən uzaqda, dağların ətəyindəki idillik məkanlarda, çayların, bulaqların şırıltısı altında asudə həyat sürə biləcəyini deyirdi, ancaq bu gün belə bir bakirə torpaq tapmaq da müşkülə dönüb, az qala bütün idillik məkanlar ya vəhşi kapitalizmin kurort zonalarına, ya da terror dəstələrinin poliqonlarına, narkotik becərikçilərinin plantasiyalarına çevrilib.
Balzak zamanında mobil telefon yoxuydusa da, insan belə problemlərlə də qarşılaşmırdı. Xeyir təkmilləşdikcə onun icad elədiyi vasitələrdən yararlanan şər də özünü təkmilləşdirir, kölgə kimi əsliylə ayaqlaşmağa çalışır. Vasitələr dəyişir, mahiyyət dəyişmir.
***
Valideyn-övlad münasibəti hər zaman ədəbiyyatın başlıca mövzularından, tədqiqat obyektlərindən biri olub. Ta Homerin “Odisseya”sından, Sofoklun “Tiran Edip”indən üzübəri bu məsələyə çox müxtəlif bucaqlardan baxılıb. Balzakın da deyilən mövzuya yanaşmada öz variantları var. Bundan əvvəl haqqında danışdığımız “Qorio ata” romanında biz ata-övlad münasibətinin bir versiyasını gözdən keçirmişdik, qədirbilməz qızlarından ötrü sözün gerçək mənasında canından keçən zavallı qocanın parlaq obrazına yaxından baxmışdıq. “Yevgeniya Qrande” romanında isə Qorio atadan tamam fərqli despot ata obrazıyla rastlaşırıq, burada ata qızının yox, qızı atasının qurbanına çevrilir.
Bu romanın daha əvvəl çözməyə çalışdığımız “Qobsek” novellasıyla da qohumluq əlaqəsi var - Qrande ata da təxminən sələmçi Qobsek qədər xəsis, onca zalım, amansız var-dövlət hərisidir. Obrazlı desək, “Yevgeniya Qrande”ni “Qobsek”lə “Qorio ata”nın calağı da saya bilərik. Roman 1833-cü ildə işıq üzünə çıxarılıb. Üstündən on il keçəndən sonra Balzak yaradıcılığının pərəstişkarı gənc Dostoyevski bu əsəri rus dilinə çevirib. Yeri gəlmişkən, Dostoyevskinin yaradıcılığında Balzakın barmaq izlərini sezmək çətin deyil - məsələn, “Cinayət və cəza”nın Raskolnikovu “Qorio ata”nın Rastinyakı dayandığı yerdən yola çıxıb...
F.Uğurlu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35

