Strateji əhəmiyyət daşıyan dövlət müşavirəsi
14.01.2026 [18:22]
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Möhtərəm Prezident İlham Əliyev cənablarının sədrliyi ilə yanvarın 12-də keçirilən müşavirə: Bakı şəhərində və Abşeron yarımadasında su təsərrüfatının 2026–2035-ci illər üzrə strateji yol xəritəsi geniş müzakirə olunmuşdur. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissələrindən biri əhalinin keyfiyyətli içməli su ilə təminatı, tullantı və yağış sularının müasir standartlara uyğun idarə olunmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə strateji əhəmiyyətə malik mühüm dövlət tədbiri kimi qiymətləndirilir.
Müşavirədə çıxış edən dövlət başçısı su təsərrüfatı sahəsinin yalnız kommunal xidmət məsələsi deyil, eyni zamanda milli təhlükəsizlik, sosial rifah, ekoloji tarazlıq və dayanıqlı inkişaf məsələsi olduğunu xüsusi vurğulamışdır.
Cənab Prezident İlham Əliyev çıxışında Bakı şəhəri və Abşeron yarımadasının ölkə əhalisinin böyük hissəsinin cəmləşdiyi, sənaye, nəqliyyat, energetika və xidmət sektorlarının əsas mərkəzi olduğunu bildirmişdir. Bu amil su təchizatı və kanalizasiya sistemlərinə düşən yükü xeyli artırır. Əhalinin artımı, yeni yaşayış massivlərinin salınması, urbanizasiya proseslərinin sürətlənməsi mövcud infrastrukturun modernləşdirilməsini zəruri edir.
Dövlət başçımız vurğulamışdır ki, son 20 il ərzində bu sahədə mühüm layihələr həyata keçirilmiş, Oğuz-Qəbələ-Bakı, Şollar-Bakı su kəmərləri istifadəyə verilmiş, bir sıra təmizləyici qurğular tikilmişdir. Lakin mövcud vəziyyət göstərir ki, uzunmüddətli və sistemli yanaşma olmadan problemləri köklü şəkildə həll etmək mümkün deyil. Müşavirədə Bakı şəhərində intensiv yağışlar zamanı yaranan subasma hallarına xüsusi diqqət yetirilmişdir.
Qeyd olunur ki,tullantı sularının tam təmizlənmədən dənizə axıdılması ekoloji problemlər yaradır. Xəzər dənizinin çirklənməsi, sahilyanı ərazilərdə sanitar vəziyyətin pisləşməsi həm ətraf mühit, həm də ictimai sağlamlıq baxımından ciddi təhlükə mənbəyidir. Prezident bu məsələnin artıq təxirəsalınmaz olduğunu bildirərək, qətiyyətli addımların atılmasının vacibliyini qeyd etmişdir. Prezident daha sonra çıxışında qeyd edir ki, yeni Dövlət Proqramının əsas hədəfləri ətraflı şəkildə açıqlanmışdır. Proqram çərçivəsində su təchizatı sistemlərinin tam modernləşdirilməsi, rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi, su itkilərinin minimuma endirilməsi əsas prioritetlər sırasındadır.
Müşavirədə ekoloji təhlükəsizlik məsələləri geniş müzakirə edilmişdir. Prezident İlham Əliyev suyun təkrar istifadəsi, təmizlənmiş tullantı sularının texniki məqsədlər üçün cəlb olunması və alternativ enerji mənbələrindən istifadə imkanlarının araşdırılmasını vacib hesab etmişdir. Bu yanaşma həm su ehtiyatlarının qorunmasına, həm də enerji səmərəliliyinin artırılmasına xidmət edir.
Cənab Prezident İlham Əliyev proqramın icrasında şəffaflığın, dəqiq planlaşdırmanın və məsuliyyətli yanaşmanın vacibliyini xüsusi vurğulamışdır. Aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilmiş, layihələrin mərhələli icrası, maliyyə resurslarının səmərəli istifadəsi və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi tələb edilmişdir.
Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri də Dövlət Proqramının birbaşa insan amilinə xidmət etməsidir. Keyfiyyətli içməli su, təhlükəsiz şəhər mühiti, təmiz ətraf mühit sosial rifahın əsas göstəricilərindəndir. Bu proqram Bakı və Abşeron yarımadasında yaşayan milyonlarla insanın həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir.
Nəticə etibarilə, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, strateji düşüncəsinin və dayanıqlı inkişaf konsepsiyasının bariz nümunəsidir. Bu proqramın uğurla icrası paytaxtın və ətraf ərazilərin müasir, ekoloji cəhətdən təhlükəsiz və komfortlu yaşayış məkanına çevrilməsini təmin edəcəkdir.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13

