"Berlin divarının" sökülməsindən 20 il ötür
07.11.2009 [10:55]
1985-ci ilin aprelindən etibarən keçmiş SSRİ-də cərəyan edən ictimai-siyasi proseslər Şərqi Avropanın sosialist ölkələrində də dəyişikliklərin başlanğıcını qoydu. Belə ki, bu ölkələrdə uzun sürən kommunist rejimlərindən cana doymuş geniş kütlələrin narazılığı tezliklə ümumxalq hərəkatlarına çevrildi. Keçmiş sovet rəhbərliyinin hərbi-siyasi dəstəyindən məhrum olmuş bu ölkələrdəki hakim partiyalar və onların rəbhərləri bir sıra ciddi problemlərlə üzləşdilər. 80-ci illərin sonunda Şərqi Avropa ölkələrinin əksəriyyətini mitinq və tətil dalğaları bürüdü. Nəticədə ciddi böhranla üzləşmiş hakim kommunist və fəhlə partiyalarının bəziləri fəaliyyətini dayandırmağa, bir qismi isə öz adlarını dəyişməyə və son olaraq iqtidardan getməyə, yaxud, siyasi səhnəni birdəfəlik tərk etməyə məcbur oldular. 1989-cu ilin payızında bu proseslərin təsiri altında bəzi sosialist ölkələrində vəziyyət öz kulminasiya nöqtəsinə çatdı. Qeyd edək ki, Polşa və Macarıstanda dəyişikliklər prosesi dinc xarakter alaraq təkamül yolu ilə inkişaf etdi. Keçmiş Almaniya Demokratik Respublikası, çexoslovakiya və Bolqarıstanda bu proseslər kütləvi xalq hərəkatının təsiri altında (mitinq və nümayişlər vasitəsi ilə) bir qədər mürəkkəb xarakter daşıyaraq öz müsbət nəticələrini verdi. Rumıniyada isə, hətta, Nikolae çauşeskunun rəhbərlik etdiyi kommunist rejimi qanlı silahlı qarşıdurma nəticəsində devrildi. Cərəyan edən bu tarixi proseslərin fonunda 1989-cu il noyabrın 9-da “Berlin divarının” sökülməsi siyasi əhəmiyyətinə görə, ən diqqətçəkən məqamlardan biri oldu.
II Dünya müharibəsi başa çatdıqdan sonra Almaniyanın, o cümlədən, onun paytaxtı Berlinin parçalanmasını dünyada formalaşmış iki əksqütblü sistemin qarşı-qarşıya durması və “soyuq müharibə”nin təzahürü kimi qiymətləndirmək olardı. Hələ 60-cı illərin əvvələrində keçmiş sovet lideri Nikita Xruşşov Almaniya məsələsindən danışarkən əsəbi halda bildirmişdi: “Vahid Almaniya olacaq. Ancaq sosialist Almaniyası”. Elə N.Xruşşovun hakimiyyəti dövründə məhz onun təkidi ilə 1961-ci il avqustun 13-də Almaniya Demokratik Respublikasında (ADR-in) o zamankı rəhbərliyinin qərarı əsasında, Berlin şəhərini iki yerə ayıran və uzunluğu 164 km olan divarın tikintisinə başlandı. Beləliklə, Avropanın mərkəzində mövcud olan gərginlik bir qədər də artdı. Lakin 80-ci illərin sonunda keçmiş SSRİ-də cərəyan edən proseslərlə bağlı Avropada meydana çıxan yeni siyasi vəziyyət alman millətinin birləşməsi üçün də çox gözəl tarixi şərait yaratdı. Alman məsələsinin bu və ya digər dərəcədə həlli Avropada qüvvələr nisbətinə çox böyük təsir göstərirdi. Hələ 1987-ci il iyunun 12-də ABŞ-ın eks-prezidenti Ronald Reyqan Qərbi Berlində Brandenburq qapısı önündə çıxış edərkən demişdi: “Cənab Qorbaçov, bu divarları sökmək vaxtı deyilmi?”. ümumiyyətlə, R.Reyqanın çıxışı “divarı götürün!” şüarı üzərində qurulmuşdu. “Berlin divarının” sökülməsindən sonra təxminən bir il ərzində gedən intensiv danışıqlar nəticəsində Almaniya vahid dövlət şəklində birləşdi. Müasir dövrün tarixinə ən əlamətdar hadisələrdən biri kimi düşən “Berlin divarının” sökülməsi Avropada, bütövlükdə beynəlxalq aləmdə mühüm geosiyasi proseslərin bir növ başlanğıcı oldu. Belə ki, bu hadisədən ötən təxminən iki il ərzində Şərqi Avropa ölkələrində kommunist rejimləri iflasa uğradı, keçmiş SSRİ isə 1991-ci ilin dekabrında süqut etdi.
Beləliklə, dünya sosializm sisteminin çökməsi ilə “soyuq müharibə”də tədricən aradan qalxdı. Beynəlxalq aləmdə əsaslı şəkildə yeni geosiyasi şərait formalaşdı. Yeni suveren, müstəqil dövlətlərin yaranması ilə əlaqədar Avropanın ideoloji-siyasi xəritəsi dəyişdi. Varşava Müqaviləsi Təşkilatı dağıldı. Şərqi Avropa ölkələrinin demokratik inkişaf yoluna qədəm qoymaları ümumavropa prosesində keyfiyyətcə yeni mərhələnin başlanması üçün zəmin yaratdı. Əgər əvvəllər Helsinki prinsipləri yalnız iki sistem arasındakı münasibətləri nizama salan sənəd idisə, indi bu proses bir-birinə qarşıduran dövlətlər sisteminə deyil, daha çox bir-birinə doğru əməkdaşlığa, kollektiv təhlükəsizliyə və qoca Avropada nəticə etibarilə sərhədlərin götürülməsinə, vahid Avropaya doğru addımlayan dövlətlər birliyinə xidmət edirdi. O zaman Şərqi Avropa dövlətləri qarşısında iki əsas məqsəd - NATO və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlara qısa zaman kəsiyində üzv olmaq dururdu. Təxminən 10 il sürən bir müddət ərzində (1994-2004-cü illərdə) Polşa, çexiya, Macarıstan, Slovakiya, Sloveniya, Rumıniya, Bolqarıstan, Latviya, Litva, Estoniya kimi keçmiş sosialist dövlətləri bu nüfuzlu qurumlara üzv oldular. Bu ilin aprelində isə Şərqi Avropada yerləşən daha iki ölkə - Xorvatiya və Albaniya respublikaları da NATO təşkilatının bərabərhüquqlu üzvlərinə çevrildilər. Ən əsası odur ki, adıçəkilən bu ölkələrdə sivil qanunlara, demokratik dəyərlərə, ənənələrə əsaslanan normal vətəndaş cəmiyyəti bərqərar oldu. Bu dövlətlərin ümumavropa evinə inteqrasiyası başa çatdı. Bu proseslər isə nəticə etibarilə Avropada sülhün və təhlükəsizliyin daha da möhkəmlənməsini təmin etdi. Belə ki, 1994-cü ilin ortalarında sonuncu rus hərbi birləşmələri Almaniya və Pribaltika ərazlərini tərk etdilər. Almaniyanın vahid dövlət şəklində birləşməsi nəinki alman xalqının, butövlükdə Avropa xalqlarının ümumi mənafeyinə öz müsbət təsirini göstərdi. Bu gün iqtisadi və elmi-texniki potensialına görə, Avropada ən qüdrətli dövlət olan birləşmiş Almaniya qitədə sülhün, demokratiyanın, tərəqqinin dayağına çevrilib.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

