Ermənistan-Rusiya münasibətləri daha da kəskinləşib
24.11.2018 [10:48]
İşğalçı ölkədə Kreml əleyhinə ritorikanın sərtləşməsi qarşıdakı dövrdə bu iki ölkə arasında ziddiyyətlərin pik həddə çatacağını proqnozlaşdırmağa imkan verir
Son dövrlər işğalçı Ermənistan ictimi-siyasi dairələrində Rusiyaya qarşı münasibətin pisləşdiyi müşahidə olunur. Rusiya mətbuatında Ermənistanın xarici siyasəti ilə əlaqədar səslənən tənqidi fikirlər, o cümlədən bu günlərdə bəzi rus politoloqlarının Ermənistanın KTMT ilə bağlı mövqeyi haqqında şərhləri, habelə “Danışır Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenkonun Nikol Paşinyana qarşı çıxışı bu tendensiyanı daha da qızışdırıb. Bununla yanaşı, müşahidələr göstərir ki, hazırda seçkilər ərəfəsində olan Ermənistanda parlamentdə təmsil olunmaq üçün daha şanslı siyasi qüvvələrin əksəriyyətinin proqram və məramnamələrində Rusiyanın regiondakı maraqlarına qarşı planlar var.
Rusiya əleyhinə planlarını açıq şəkildə bəyan edənlər arasında isə ölkənin siyasi səhnəsinə yeni gələnlər daha qabarıq özünü göstərir. Belə ki, Rusiyaya qarşı radikal mövqedən çıxış edən “Sasuna tsrer” (“Sasun dəliləri”) terror təşkilatının siyasi partiya kimi seçkilərdə iştirakına imkan yaradılması həm daxildə, həm də xaricdə müxtəlif təhlillərə səbəb olub. Ən azından ona görə ki, Rusiya ilə Ermənistan arasındakı mövcud müqavilələrin pozulması erməni ekstremist partiyası “Sasuna tsrer”in proqramının tərkib hissəsidir. Üstəlik, partiyanın lideri Jirayr Səfilyanın noyabrın 21-də Ermənistanın I telekanalına müsahibəsi də bu partiyanın proqramının tamamilə antirus xarakterli olmasını göstərir. Məsələn, J.Səfilyan deyir ki, Rusiya Qafqaz regionundan qovulmalı, ABŞ və İran Ermənistanın yeni strateji tərəfdaşı olmalıdır. Habelə, Ermənistan Rusiya ilə birgə daxil olduğu təşkilatlardan - MDB, KTMT və AİB-dən (Avrasiya İqtisadi Birliyi) çıxmalıdır. Rusiya bazasını Ermənistan ərazisindən çıxarmaq niyyətində olan “Sasuna tsrer” partiyası, eyni zamanda, Ermənistanın digər regional təşkilatlarla inteqrasiyası məsələsində heç bir alternativ təklif etmir. “Ermənistanı rus müstəmləkəsindən azad etmək” şüarı ilə çıxış edən “Sasun dəliləri”nə görə, ilk növbədə Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında imzalanan hərbi sazişlər etibarsız sayılmalı, Rusiya sərhəd qoşunları Ermənistandan çıxarılmalı və dövlət sərhədinin müvafiq hissələri erməni sərhədçilərinə təhvil verilməlidir.
Erməni mediasının yazdığına görə, hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin arasında belə anti-Rusiya çıxışları erməni ictimai-siyasi həyatında şok təsiri yaradır. Ancaq indiki şəraitdə Ermənistanda millətçiliyin olmadığını söyləmək olmaz, o cümlədən indiki hakimiyyətin xarici siyasətindəki təzahürlər bunun radikal formalarında özünü əks etdirir. Çox güman ki, “Sasuna tsrer” partiyasına yığışan ekstremistlər təkcə “Daşnaksutyun” partiyasının elektoratından deyil, respublikanın bir sıra marginal siyasi qruplarından da səs ala bilər. “Sasuna tsrer”in gələcək seçkilərdə hər hansı müvəffəqiyyətinə töhfə verən subyektiv amillərə gəldikdə, bu, hakimiyyətin və şəxsən Nikol Paşinyanın planları ilə bağlıdır. Belə ki, N.Paşinyan kiçik bir fraksiya şəklində olsa belə, “Sasuna tsrer”in növbəti parlamentdə təmsil olunmasında maraqlıdır. Erməni mətbuatı yazır ki, guya indiki hökumətin başçısı və 9 dekabrda keçiriləcək seçkilərin potensial qalibi Rusiyanı “qorxutmaq” üçün parlamentdə millətçi fraksiyaya ehtiyac duyur. “Sasuna tsrer” isə bu rol üçün ən uyğun variantdır.
Bununla yanaşı, seçkiqabağı proseslərin müşahidəsi göstərir ki, N.Paşinyanın parlamentdəki keçmiş tərəfdaşları da antirus ritorikasını davam etdirirlər. N.Paşinyanın özünün Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması mövqeyindən imtina etməsinə baxmayaraq, keçmiş “Çıxış” blokunda tərəfdaşları olan və indiki seçkilərdə iştirak edənlər AİB-dən çıxmaq kimi bəzi məsələlərdə antirus mövqeyində qalırlar.
Ermənistanla Rusiya arasında münasibətlərin mənfiyə doğru dəyişməsini sübuta yetirən digər bir addım isə parlamentin Təhqiqat Komissiyasının “Qazprom-Ermənistan”ın monopoliyasını pozmaq üçün verdiyi təklifdir. Bu barədə mətbuat konfransında məlumat verən komissiyanın sədri Mikael Melkumyan Rusiya və Ermənistan hökumətləri arasında danışıqlar aparıldığını və sərhəddə qaz qiymətlərinin azaldılması barədə razılıq əldə edilməsə, başqa variantların da aktual olduğunu bildirib. Xatırladaq ki, sonuncu müqavilələrin şərtləri bu ilin sonunda başa çatır. Buna görə M.Melkumyan deyir ki, seçkiqabağı populist fikirlər ifadə etmək istəmir, amma “Qazprom”un nəzarətində olan Ermənistanın qaz təchizatı sistemində bəzi problemlər var.
Beləliklə, Ermənistanda seçkiqabağı kampaniya ərəfəsində Rusiya ilə münasibətlər kəskin şəkildə pisləşməkdədir. Müşahidələr də göstərir ki, xarici siyasətdə keçmiş hakimiyyətdən fərqli olduğunu göstərməyə çalışan N.Paşinyanın özü ictimai rəyin bu istiqamətdə formalaşmasında maraqlıdır. Onun seçkilərdə iştirak edən keçmiş müttəfiqlərinin və həbsdən azad edərək bir neçə ayın ərzində partiya yaradıb seçkilərdə iştirakına təminat verdiyi ekstremistlərin Rusiya ilə əlaqələri pozmağa çağırması da bunu sübut edir.
Q.RAMAZANOV
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53

