Ermənistanda Sarkisyan rejiminə qarşı üsyan gözlənilir
17.01.2018 [10:10]
Erməni ekspertlərin qənaətinə görə, hakim cinayətkar rejimə qarşı mübarizə yalnız və yalnız ümumxalq itaətsizliyi aksiyalarının bərpası ilə mümkündür
İşğalçı Ermənistanda sosial-iqtisadi böhranla yanaşı, siyasi böhran da getdikcə dərinləşməkdədir. Eyni zamanda, işğalçı ölkədə iqtisadi böhran fonunda hərbi sahədə hökm sürən özbaşınalıqlar əhalinin narazılığını daha da artırır. Erməni KİV-nin məlumatına əsasən rüşvət, korrupsiya, sui-qəsd, ölüm hallarının çoxalması Ermənistan ordusunda adi hala çevrilib. Belə ki, bir il ərzində hərbi hissələrdə 113 rüşvət faktı qeydə alınıb. Qeyri-döyüş şəraitində ölənlərin sayı 59 nəfər olub. Onlardan 23-ü intihar, digərləri isə qəza və ya sui-qəsddir. Belə halların artmasının əsas səbəbi isə hərbi sahədə hökm sürən hərc-mərclikdir.
Bunun qarşısını almaq üçün vətəndaşları üsyana çağıran “Yerkir Sirani” partiyasının lideri Zarui Postancyan, mövcud siyasi sistemin ölkəni məhvə doğru apardığını bildirib. Keçmiş deputat qeyd edib ki, hakim cinayətkar rejimə qarşı mübarizə yalnız və yalnız ümumxalq itaətsizliyi aksiyalarının bərpası ilə mümkündür. Vətəndaşlar ayağa qalxaraq hökumətə etiraz etməlidirlər. Əks təqdirdə, Ermənistanda hökm sürən acınacaqlı vəziyyət həllini tapmayacaq. Əksinə, büdcənin boşalması fonunda artan dövlət borcları, miqrasiya sosial-iqtisadi partlayışla nəticələnəcək.
Elə Ermənistan Milli Konqresinin sədr müavini Aram Manukyan da ümumxalq itaətsizliyi aksiyalarının bərpasının tərəfdarıdır. O vurğulayıb ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. Ölkədə hökm sürən böhranın günahkarı hazırkı hakimiyyətdir. Hökumət sülh yolunu seçməsə ölkəni məhvə aparacaq.
Öz növbəsində “Yelk” partiyası da bu vəziyyətdən çıxmağın tək yolunu Ermənıstanı təcrid vəziyyətinə salan Sarkisyan rejimini devirməkdə görür. Məsələn, siyasi təşkilatın rəhbəri, deputat Nikol Paşinyan bildirib ki, hazırda hökuməti cinayətkar qrup idarə edir. Bu dəstənin yürütdüyü işğalçılıq siyasəti hər ötən gün erməni ailələr üçün faciəyə çevrilir. Azərbaycana məxsus Dağlıq Qarabağa göndərilən Ermənistan vətəndaşı olan gənclər ya dözməyib intihar edir, ya da öz hərbçi yoldaşlarının gülləsinə tuş gəlirlər. Bu faktlar əksər hallarda Sarkisyan hakimiyyəti tərəfindən gizlədilir. Lakin cəmiyyət Ermənistan ordusunun əsgərlərinin ciddi psixoloji gərginlik içərisində olduğunu yaxşı bilir.
Yeri gəlmişkən, Ermənistanın işğalçılıq siyasətinin bu ölkəni məhvə apardığını rusiyalı ekspertlər də vurğulayıblar. Belə ki, “Vesti-Kafkaza.ru” informasiya portalı da Ermənistanın işğalçılıq siyasətindən yazıb. “Dağlıq Qarabağ münaqişəsi Ermənistan üçün sosial-iqtisadi dalandır” başlıqlı məqalədə işğalçı ölkənin düşdüyü vəziyyət rus politoloqları tərəfindən qiymətləndirilir. Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması Ermənistanın iqtisadi problemlərinin aradan qaldırılmasında əsas rol oynaya bilər. “Əgər münaqişə olmasaydı, o zaman respublika hər iki tərəfdən blokadaya alınmayacaqdı. Blokada olmadığı halda Ermənistan iqtisadiyyatı şübhəsiz ki, daha yaxşı inkişaf edəcəkdi”, - deyə Sergey Markov bildirib. Politoloq hesab edir ki, Ermənistan blokada şəraitində öz-özünə inkişaf edə bilməz. Ölkə iqtisadiyyatındakı problemlərin 90 faizi məhz işğalçılıq siyasəti ilə əlaqədardır.
Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti Aleksey Fenenko da qeyd edib ki, Dağlıq Qarabağ Ermənistan iqtisadiyyatı üçün bir dalandır: “Əvvəla, Ermənistanın əlverişsiz coğrafi mövqeyi var. Dənizə, hətta bir nəqliyyat marşrutu ola biləcək çaya belə çıxışı yoxdur. Dünya ticarət marşrutlarından uzaqdadır. Həm də Ermənistan xarici bazara elə də böyük təkliflər verə bilmir. Bu ölkənin ətrafında olan kənd təsərrüfatı bazarları çoxdan tutulub. Rəqabətə davamlı məhsullar isə ümumiyyətlə Ermənistanda yoxdur. Hesab edirəm ki, iqtisadi problemlərin həlli Ermənistan rəhbərliyindən siyasi iradə tələb edir. Yəni Dağlıq Qarabağ münaqişəsi həllini tapmalıdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13

