Budurmu “Qərb demokratiyası”?!
04.10.2017 [09:45]
Kataloniyada baş verənlər Qərbin “demokratiya” anlayışının ikili standartlara söykəndiyini və müstəqil siyasət yeridən milli dövlətlərə qarşı təzyiq vasitəsi olduğunu bir daha aşkar etdi
XXI əsrdə qloballaşma şəraitində milli dövlətlərə qarşı təsir mexanizmləri və vasitələri dəyişikliyə uğrayır. Klassik siyasi və iqtisadi vasitələrdən fərqli olaraq müəyyən ümumbəşəri dəyərlərdən istifadə olunur ki, bu sırada da “demokratiya” və “insan hüquqları” kimi institusional məfhumlar xüsusilə fərqlənir. Məsələ ondadır ki, bu dəyərlər siyasi manipulyasiya vasitəsinə çevrilir, bunun fonunda çoxsaylı ikili standartlar nümunəsi ortaya çıxır. Bu kontekstdə bir neçə nümunəyə nəzər yetirmək məqbuldur.
Qərbin subyektiv “demokratiya” anlayışı, yaxud ikili standartlar siyasəti
Bu hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın mövqe və siyasətində özünü göstərir. İkili standart faktı burada görünür ki, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Qərb ölkələrinin özündə çoxsaylı qanun pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi halların mövcudluğu dünya ictimaiyyətinə yaxşı bəllidir. Xüsusilə də vətəndaşlara qarşı ayrı-seçkilik, hüquq pozuntuları “demokratiya”, “insan hüquqlarının qorunması” adı ilə pərdələnməkdədir. Ümumiyyətlə, bu ölkələrdə QHT-lər və digər vətəndaş cəmiyyəti institutlarının təzyiqlərə məruz qalması, mediaya yönəlik repressiv siyasətin həyata keçirilməsi, sərbəst toplaşmaq və vicdan azadlıqlarının pozulması kimi faktlar Qərb ictimai-siyasi mühitinin antidemokratik mahiyyətini göstərir.
Faktlar Qərb ictimai-siyasi mühitinin antidemokratik mahiyyətini göstərir
Son olaraq Kataloniyada baş verənlər “Qərb demokratiyası”nın iç üzünü - gerçək mahiyyətini dünyaya nümayiş etdirdi. İspaniyadan ayrılmaq üçün referendum keçirən separatçı Kataloniya vilayətində polislə toqquşmalar zamanı xəsarət alanların sayı 850 nəfərdən çox olub. Aparıcı Qərb agentliklərinin, müxtəlif qəzetlərin səhifələrini ispan polisinin səsverməyə gedən Kataloniya sakinlərinin qarşısını rezin güllələrlə alması, səsvermə üçün toplananları dəyənəklə, atlarla, su şırnaqları ilə dağıtması səhnələri bəzəyib. Əlbəttə, bu, yeni hal və hadisə deyil. 2011-ci ildə Böyük Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən birinin döyülərək öldürülməsi zamanı, Almaniyada 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin dağıdılması zamanı da belə “fotosessiyalar”ın şahidi olmuşuq. Bütün bunlar “demokratiya”, “insan hüquqları” kimi anlayışların Qərb siyasətində hansı yerə və əhəmiyyətə malik olduğunu nümayiş etdirib...
“Demokratiya” və “insan hüquqları” məfhumları təzyiq vasitəsi kimi...
Göründüyü kimi, Qərb demokratik dəyərlərə münasibətdə də “Avropa standartları”ndan deyil, məhz ikili standartlardan çıxış edir. Avropa və ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobud şəkildə pozulur. Amma digər ölkələrə münasibətdə dərhal “demokratiya”, “insan hüquqları” məfhumları ortaya atılır, “Avropa dəyərləri”, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların, sadəcə, təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir.
Bir məqamı da xüsusilə diqqətə çatdırmaq lazımdır ki, Avropada heçə sayılan “dəyərlər” Azərbaycan kimi demokratik inkişaf yoluna malik olan hüquqi dövlətlərə qarşı təzyiq və “qara piar” kampaniyası aparmaq üçün istifadə olunur. Əlbəttə, bütün bunlar aşkar bir reallığı ifadə edir: bəzi Qərb dairələrinin Azərbaycana və müstəqil siyasət yeridən digər ölkələrə qarşı bəhs olunan məfhumlardan istifadə edərək irəli sürdüyü ittihamlar tamamilə əsassızdır və təzyiq kampaniyasının tərkib hissəsidir...
Avropa dünyaya sırımağa çalışdığı “demokratiya dərsləri”ndən niyə özü yararlanmır?
Nəticə etibarilə, özünü dünyaya “demokratiyanın beşiyi” kimi təqdim edən Qərb ölkələrinin öz vətəndaşlarının hüquq və azadlıqlarına münasibəti aydındır. Qeyd etdiyimiz kimi, Avropada vətəndaşlara qarşı ən müxtəlif təzyiq üsullarına istinad edilir, insanlar repressiyaya və zorakılığa məruz qalırlar. Belə olan halda, demokratik siyasi sistemə malik olduğunu bildirən, dünyaya “demokratiya” dərsi keçməyə çalışan Qərb, eləcə də Avropa hansı haqla və ya əsasla demokratik dəyərlərdən və insan hüquqlarından bəhs edir? Sual olunur: müxtəlif ölkələrdə demokratiyanın vəziyyəti ilə bağlı ən müxtəlif iradlar səsləndirən Avropanın özündə baş verənlər ikili standartlara, antidemokratik münasibətə dəlalət etmirmi? Və yaxud Avropa dünyaya sırımağa çalışdığı “demokratiya dərsləri”ndən özü niyə yararlanmır?!
Dolayısıyla, Qərbin dünyaya “demokratiya dərsi” keçməyə, “demokratik tövsiyə”lər verməyə heç bir mənəvi haqqı yoxdur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

