Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / BMT husiləri Yəməndə saxlanılan 73 əməkdaşının dərhal azad edilməsinə çağırır

BMT husiləri Yəməndə saxlanılan 73 əməkdaşının dərhal azad edilməsinə çağırır

25.03.2026 [23:19]

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Yəməndəki husi qruplaşmasını Təşkilatın 73 əməkdaşını dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu, Ali Komissar Volker Türkün BMT-nin “Həbs edilmiş və itkin düşmüş əməkdaşlarla Beynəlxalq Həmrəylik Günü” münasibətilə yaydığı bəyanatda əks olunub.

Volker Türk bəzi əməkdaşların artıq beş ildir azadlıqdan məhrum edildiyini və saxlanılanlar arasında onun rəhbərlik etdiyi qurumun səkkiz əməkdaşının da olduğunu vurğulayıb. Qeyd olunur ki, Yəmən xalqına xidmət edən fəaliyyətlər həyata keçirən BMT əməkdaşlarının saxlanılması və onların cinayətdə ittiham edilməsi yolverilməzdir.

Husi qruplaşması saxlanılan şəxsləri “casus şəbəkələrində fəaliyyət göstərməkdə” ittiham etsə də, BMT bu iddiaları qəti şəkildə rədd edir.

Beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, bu cür addımlar ölkənin şimalında humanitar yardım sisteminin tam çökməsi riskini artırır. Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hazırda 18 milyondan çox yəmənli həyatda qalmaq üçün humanitar yardımdan asılıdır.

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31