Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: Polşa “Piorun” komplekslərinin istehsalını iki dəfə artırmağı planlaşdırır

Media: Polşa “Piorun” komplekslərinin istehsalını iki dəfə artırmağı planlaşdırır

07.10.2025 [22:35]

Polşanın PGZ (Polska Grupa Zbrojeniowa) müdafiə konserni 2029-cu ilədək daşına bilən “Piorun” zenit-raket kompleksi istehsalını illik 1,3 min ədəddən 2,6 min ədədə qədər artırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “Rzeczpospolita” qəzeti bu barədə PGZ konserninin nümayəndəsi Yatsek Matuşaka istinadla məlumat yayıb. Məlumata görə, Varşava artıq “Piorun” komplekslərini Norveç, ABŞ, Estoniya, Latviya və Moldovaya tədarük edir. Polşa ordusu isə indiyədək bu tipdən olan 600 ədəd buraxılış qurğusu və 3,5 min raketlə təchiz olunub.

Qeyd edək ki, 2019-cu ildə PGZ konserninə daxil olan “Mesko” müəssisəsi tərəfindən istehsal olunan “Piorun” kompleksi vertolyot kimi hava hədəflərini təxminən altı kilometrədək məsafədə vurmaq qabiliyyətinə malikdir.

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31