/ / Avropanın radikal sağçı qüvvələri maliyyənin dondurulmasına görə Aİ-yə qarşı məhkəmə iddiası qaldırıblar
Avropanın radikal sağçı qüvvələri maliyyənin dondurulmasına görə Aİ-yə qarşı məhkəmə iddiası qaldırıblar
17.09.2025 [15:48]
Avropa Parlamentində ifrat sağçı siyasi qanadı təmsil edən “Avropa naminə vətənpərvərlər” partiyası Avropa İttifaqı (Aİ) institutlarına qarşı məhkəmə çəkişməsinə başlayıb. Buna səbəb partiyanın 4 milyon avrodan çox dövlət maliyyəsinin dondurulmasıdır.
AZƏRTAC xəbər verir ki, partiyanın fikrincə, bu qərar “əsassız” qəbul edilib və “siyasi qərəzdən” irəli gəlib.
Söhbət “Vətənpərvərlər”in Avropa Parlamenti və Aİ-nin siyasi partiyalar üzrə nəzarət orqanı (APPF) tərəfindən qəbul edilmiş qərarları mübahisələndirdiyi iki işdən gedir. APPF partiyanı reyestrdə qeyri-dəqiq məlumat verməkdə ittiham edib və sosial şəbəkələrdə deputatlardan birinin əslində üzv olmadığı halda partiya şurasının üzvü kimi göstərildiyinə görə 47 min avro cərimə tətbiq edib.
Lakin Avropa Məhkəməsi bu cəriməni ləğv edib. Bu isə “Vətənpərvərlər”in hüquqi müstəvidə ilk qələbəsi olub və onların sözlərinə görə, parlament administrasiyasının siyasi qərəzli mövqeyini təsdiqləyib.
Fransadan Marin Le Pen və Macarıstandan Viktor Orbanın da daxil olduğu partiya 2024-cü il seçkilərində uğur qazandıqdan sonra sistemli şəkildə diskriminasiyaya məruz qaldığını iddia edir. Həmin seçkilərdə partiya parlamentdə say baxımından üçüncü yerə yüksəlmişdi. Bununla belə, əsas axın qüvvələrinin nümayəndələri radikallarla əməkdaşlıqdan yayınaraq “sanitar kordon” siyasətinə sadiq qalırlar.
“Parlament administrasiyasında bəzi məmurlarla bağlı problemlər var”, — deyə partiyanın fəxri prezidenti, belçikalı avrodeputat Gerolf Annemans bildirib.
İndi “Vətənpərvərlər” dondurulmuş vəsaitlərin heç olmasa bir hissəsini geri qaytaracağına ümid edirlər ki, bu da onların Aİ-dəki gələcək siyasi perspektivlərinə ciddi təsir göstərə bilər.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45

