Kanada xarici şirkətlərin dövlət satınalmalarında iştirakını məhdudlaşdırıb
15.07.2025 [20:21]
Kanada hökuməti xarici şirkətlərin dövlət satınalmalarında iştirakını tənzimləyən yeni qaydaları təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kanada Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeni qanunda Kanada şirkətlərinə analoji məhdudiyyətlər tətbiq edən ölkələrin kompaniyalarının tenderlərdən kənarlaşdırılması nəzərdə tutur.
“Kanada hökuməti ABŞ-la iqtisadi və təhlükəsizlik sahəsində yeni tərəfdaşlıq barədə danışıqlar aparmaqla yanaşı, yerli işçiləri və şirkətləri ədalətsiz ticarətdən qorumaq üçün də tədbirlər görür. Yeni siyasətə əsasən, Kanada şirkətlərinin dövlət satınalmalarına çıxışını məhdudlaşdıran ölkələrin tədarükçüləri ölkənin federal müqavilələri üzrə tenderlərdə iştirak hüququndan məhrum ediləcək”, – deyə Nazirlər Kabinetinin açıqlamasında bildirilir.
Kanadanın Baş naziri Mark Karninin sözlərinə görə, bu addım yerli şirkətlərin federal tenderlərdə iştirak imkanlarını genişləndirməyə və onlara üstünlük yaratmağa xidmət edəcək. Yeni tənzimləmə müdafiə sənayesi ilə bağlı olmayan və 10 min ABŞ dollarından yuxarı məbləğdə bütün dövlət müqavilələrinə şamil ediləcək.
ABŞ-ın Kanada məhsullarına yeni idxal rüsumları tətbiq etməklə bağlı niyyətini nəzərə alan Ottava hökumət tərəfindən maliyyələşdirilən layihələrdə ölkədə istehsal olunan polad və alüminiumun istifadəsinin artırılması imkanlarını da araşdırır.
İyulun 11-də Mark Karni ABŞ Prezidenti Donald Trampın Kanadadan idxal olunan mallara 35 faizlik gömrük rüsumlarının tətbiq ediləcəyinə dair yeni açıqlamasından sonra hökumətin yerli işçiləri və biznesi qorumaq üçün cavab tədbirləri üzərində çalışacağını bəyan edib.
Xatırladaq ki, ABŞ Prezidenti aprelin 2-də bəzi ölkələrdən idxal olunan mallara minimum 10 faizlik gömrük rüsumunun tətbiq olunacağını açıqlayıb. Aprelin 3-dən isə Vaşinqton Birləşmiş Ştatlara tədarük olunacaq bütün avtomobillərə 25 faiz rüsum tətbiq edib. Ottava isə buna cavab olaraq ABŞ avtomobillərinə eyni həcmdə - 25 faiz rüsum tətbiq etsə də, bu qərarın tətbiqini 6 ay təxirə salıb.
İyulun 8-də Ağ ev ABŞ-da metallurgiya sənayesini stimullaşdırmaq məqsədilə mis idxalına 50 faizlik rüsum tətbiq ediləcəyini açıqlayıb. May ayının sonunda Kanadadan idxal olunan polad və alüminiuma tətbiq olunan rüsumlar 25 faizdən 50 faizə qaldırılıb.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

