Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Sorğu: Ukrayna əhalisi Zelenski və Zalujnıya daha çox etimad göstərir

Sorğu: Ukrayna əhalisi Zelenski və Zalujnıya daha çox etimad göstərir

09.07.2025 [23:25]

Aparılan sorğunun bu ilin iyuluna olan nəticələrinə görə, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ukraynalılar arasında ən yüksək etimadını qoruyur. Respondentlərin 73 faizi ona etibar edir, 18 faizi isə güvənmir.

AZƏRTAC bu barədə “Reytinq” Sosioloji Qrupunun sorğu məlumatlarına istinadla xəbər verir.

Sosioloqların fikrincə, V. Zalujnıya ən yüksək etimad ötən il, 2024-cü ilin fevralında istefaya getməzdən əvvəl və ondan dərhal sonra olub. Sonra onun reytinqi 90 faizə çatıb.

Ukrayna Prezidenti Volodimir Zelenski 67 faiz reytinqlə ikinci yerdədir. Ukraynalıların 29 faizi isə ona etimad göstərmir.

V.Zalujnının istefasından sonra V.Zelenskinin reytinqi 68 faizdən 57 faizə düşüb. Bu ilin əvvəlində ABŞ-la münasibətlərin korlanmasından sonra ona güvən artıb və mart ayından stabil qalıb.

Üçüncü yerdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov (56 faiz) qərarlaşıb. Respondentlərin 22 faizi isə ona etimad göstərmir.

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30