Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hindistanda hoteldə baş verən yanğında 14 nəfər ölüb

Hindistanda hoteldə baş verən yanğında 14 nəfər ölüb

30.04.2025 [11:58]

Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kəlküttə şəhərində hoteldə baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə aprelin 29-da axşam saatlarına baş verib. Ölənlər arasında xilas olmaq üçün yuxarı mərtəbələrdən tullananlar da var. Yanğınsöndürənlər bir neçə nəfəri, o cümlədən terrasa sığınanları xilas edə biliblər. Hadisə yerində 14 meyit aşkarlanıb, axtarış işləri davam edir.

İlkin ehtimala görə yanğın mətbəxdə qaz sızmasından meydana gəlib.

Qeyd edək ki, Hindistanda tikililərdə yanğın və digər texnogen fəlakətlər tez-tez baş verir. Mütəxəssislər bunun əsas səbəbini təhlükəsizlik qaydalarına əməl edilməməsində görürlər.

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31