Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp Krımın Rusiya ərazisi kimi tanınması barədə sualı cavablandırıb

Tramp Krımın Rusiya ərazisi kimi tanınması barədə sualı cavablandırıb

22.04.2025 [14:30]

Ukraynanın Krım yarımadasını Rusiyanın ərazisi kimi tanımasına çağırışla bağlı sualı cavablandıran ABŞ Prezidenti Donald Tramp bu məsələ barədə üç gün ərzində daha ətraflı danışacağını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

Bir müddət öncə məlum olub ki, sülh planının bir hissəsi olaraq Vaşinqton Ukraynaya Krımı Rusiya ərazisi kimi tanımağı təklif edib. ABŞ Dövlət Departamentinin adı açıqlanmayan əməkdaşının sözlərinə görə, sadalanan tələblər müzakirə üçün “potensial variantlar siyahısının” bir hissəsidir.

Qeyd edək ki, martın 17-də “Semafor” nəşri mənbələrinə istinadla Ağ evin Krımın Rusiya ərazisi kimi tanınması imkanını nəzərdən keçirdiyini yazmışdı.

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31