Süni dadlandırıcılar beyində aclıq hissini artıra bilər - TƏDQİQAT
05.04.2025 [20:48]
Yeni tədqiqat nəticələri göstərir ki, süni dadlandırıcı sukraloza (ticarət adı ilə Splenda) beynin iştaha və qida istəyi ilə bağlı hissəsinə təsir edərək aclıq hissini artıra bilər.
AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, Cənubi Kaliforniya Universitetindən endokrinoloq Kathleen Alanna Peyc və onun komandası tərəfindən aparılan bu araşdırmada 18 yaşdan 35 yaşa qədər olan 75 nəfər iştirak edib. İştirakçılar üç fərqli gün müxtəlif içkilər qəbul ediblər: biri sukraloza, digəri təbii şəkər (saxaroza), üçüncüsü isə sadə su tərkibli olub. Hər içkidən sonra iştirakçıların qan testləri aparılıb və beyin aktivliyi MRT vasitəsilə izlənilib.
Tədqiqatın nəticələrinə əsasən, saxaroza (təbii şəkər) qəbul edildikdə hipotalamusda qan axını azalıb və bu, iştirakçılarda aclıq hissinin azalması ilə müşayiət olunub. Sukraloza qəbul edildikdə isə əks təsir müşahidə olunub, yəni hipotalamusda qan axını artmış və iştirakçılar daha çox aclıq hiss etdiklərini bildiriblər. Sukraloza istehlakı, qanda şəkərin səviyyəsini tənzimləyən hormonların (məsələn, insulin və GLP-1) aktivliyində də dəyişikliklərə səbəb olub. Tədqiqatçılar hesab edirlər ki, sukraloza bədənin qida qəbuluna verdiyi siqnalları poza bilər. Təbii şəkər (saxaroza) qəbul edildikdə orqanizm kalori qəbul etdiyini anlayır və buna uyğun hormon reaksiyası verir. Lakin süni dadlandırıcılar kalori təmin etmədiyi üçün beynin metabolik siqnalları ilə real enerji balansı arasında uyğunsuzluq yaranır. Bu isə uzunmüddətli dövrdə bədənin daha çox qida istəməsinə səbəb ola bilər.
Bu araşdırma süni dadlandırıcıların piylənmə və metabolik xəstəliklərə potensial təsiri ilə bağlı narahatlıqları artırır. Əvvəlki tədqiqatlar sukralozanın bağırsaq mikroflorasına mənfi təsir göstərə biləcəyini, qlükoza balansını poza biləcəyini, hətta DNT zədələnməsi ilə əlaqəli ola biləcəyini göstərib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ildə süni dadlandırıcıların uzunmüddətli sağlamlıq təsirləri barədə xəbərdarlıq etmişdi. Alimlər isə indi xüsusilə uşaqlar və yeniyetmələr üçün potensial riskləri araşdırırlar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

