Almaniyanın ilk özəl raketi sınaqdan keçirilib
31.03.2025 [10:28]
Almaniyanın ilk özəl raketinin sınağı həyata keçirilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, “Isar Aerospace” startapı tərəfindən hazırlanan “Spectrum” raketi Norveçin Andoya kosmodromundan buraxılıb. Test uçuşu cəmi 30 saniyə davam edib və raket havaya qalxdıqdan sonra dənizə düşüb. Buna baxmayaraq, “Isar Aerospace” bu missiyanı uğur kimi qiymətləndirib və əldə edilən məlumatların gələcək uçuşlar üçün mühüm olduğunu bildirib. Şirkət raketin partlama ehtimalının yüksək olduğunu əvvəlcədən elan etmişdi. Bu, Avropada tamamilə özəl maliyyələşmə ilə həyata keçirilən ilk orbital raket uçuşu olub. Uzunluğu 28 metr, diametri 2 metr olan raket bir tonadək yükdaşıma qabiliyyətinə malikdir. Şirkət artıq “Spectrum 2” və “Spectrum 3” raketlərinin istehsalına başlayıb. Bu yeni modellər kiçik və orta ölçülü peykləri kosmosa çıxarmaq üçün nəzərdə tutulub. Şirkət gələcəkdə ildə 40-a qədər raket istehsal etməyi planlaşdırır.
Bu test uçuşu Almaniya və Avropa üçün böyük əhəmiyyət daşıyır. Avropa Kosmik Agentliyinin (ESA) “Ariane” raketləri ilə bağlı uzunmüddətli problemləri Avropanın kosmosa peyklərin daşınması sahəsində geri qalmasına səbəb olub. Bu baxımdan “Spectrum” raketinin buraxılışı uğursuzluğa baxmayaraq, Avropada yeni kosmik mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

