Almaniya demokratiyasının tənəzzülü
04.06.2013 [00:40]
Artıq Almaniyanın demokratik ölkə kimi əvvəlki imici xeyli sarsılıb və bu ölkənin başqalarına demokratiya dərsləri verməyə mənəvi haqqının çatmadığını düşünənlərin sayı artıb
Müxtəlif dövlətlərin daxilində baş verən hadisələrə, həmin ölkələrin xarici siyasətdə atdıqları addımlara münasibətdə ikili yanaşmanın sərgilənməsi beynəlxalq münasibətlər təcrübəsində ənənəvi hal alıb. Belə ki, bəzi ölkələr müəyyən siyasi mərkəzlərin, beynəlxalq təşkilatların, QHT-lərin əsassız ittihamlarına və təzyiqlərinə məruz qaldıqları halda, demokratiyanın “sütünları” sayılan bir sıra dövlətlərdə insan haqlarının, demokratiyanın prinsiplərinin mütəmadi olaraq kobud şəkildə pozulması sükutla qarşılanır. Ötən həftə Almaniyada etiraz aksiyalarının keçirilməsinə cəhd zamanı aksiyaçıların üzləşdiyi polis zorakılığı, yüzlərlə insanın, eləcə də, jurnalistlərin həbs olunması və ümumiyyətlə, aksiyanın keçirilməsinə icazənin verilməməsi qeyd olunanlara bariz nümunədir.
GÖRƏSƏN, BU VƏHŞİLİKLƏRİN TÖRƏDİLDİYİ ALMANİYA HANSI HAQLA DİGƏR ÖLKƏLƏRƏ BARMAQ UZADIR?
Xatırladaq ki, məlumatlara görə, Almaniyanın biznes və maliyyə paytaxtı sayılan Frankfurtda “Blockupy” antiqlobalist hərəkatı fəallarının etiraz aksiyası xüsusi təyinatlılar tərəfindən dağıdılıb, qocalar, qadınlar, gənclər də daxil olmaqla 400-dək etirazçı həbs olunub. Qloballaşma əleyhdarları isə minədək nümayişçinin saxlandığını bildirirlər. Etiraz aksiyasında iştirak edənlərin sayı ilə bağlı da fərqli məlumatlar yayılıb. Almaniyanın hüquq-mühafizə orqanları şəhər küçələrində 7 min kapitalizm əleyhdarının toplandığını bildirsə də, tədbirin təşkilatçıları qloballaşma əleyhinə aksiyaya ən azı 20 min nəfərin cəlb olunduğunu deyiblər. Onlara qarşı sərt üsullardan - rezin güllələrdən, gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə olunub. Qeyd edək ki, Frankfurtda - Avropa Mərkəzi Bankının binası qarşısında keçirilməsi nəzərdə tutulan və İtaliyadan, Yunanıstandan, Fransadan, Belçikadan, Avstriyadan və digər ölkələrdən gəlmiş fəalların da iştirak etdikləri aksiyaya Almaniyada yaşayan miqrantlarla yanaşı, çoxlu sayda orta təbəqənin nümayəndələrinin də qatılması diqqəti cəlb edib. Aksiya iştirakçıları bankların təzyiq siyasətinə, qeyri-effektiv iqtisadi siyasətə, kansler Angela Merkelin Avrozonada mövcud böhrandan qurtarmaq məsələsində diktə siyasəti yürütməsinə etiraz ediblər. Yeri gəlmişkən, Almaniyanın bütün etiraz aksiyaları tarixində ilk dəfədir ki, mitinqçilər küçələrə irqi ayrı-seçkilik siyasətinə və insan haqlarının sistemli şəkildə pozulmasına qarşı şüarlarla çıxıblar. Bu aksiya Almaniyada insan hüquqlarının pozulması, sərt iqtisadi siyasət və işsizlik, mənzil çatışmazlığı və sosial müavinətlərin azaldılması əleyhinə etiraz xarakteri daşıyıb. Polisin aksiyaya mane olmaq cəhdi və etirazçılara qarşı zor tətbiq edilməsi, Almaniya demokratiyasının sınaqlar qarşısında uğursuzluğa düçar olmasının daha bir nümunəsidir. Almaniya Bundestaqının üzvü Ulrix Vinkenin hadisə ilə bağlı sözləri vəziyyəti aydın təsvir edir: “Almaniya hakimiyyəti demokratik normalara tüpürür. Burada baş verənlər Almaniyanın nüfuzuna zərbədir. Polis faktiki olaraq minlərlə adam həbs edib”.
Ümumiyyətlə isə, Almaniyada baş verənlərə iki aspektdən yanaşmaq olar:
1) Almaniya rəhbərliyinin və bu ölkədəki hüquq müdafiəçilərinin belə vəziyyətlərdə sərgilədiyi davranış; 2) Beynəlxalq təşkilatların, QHT-lərin və ayrı-ayrı dövlətlərin məsələyə münasibəti.
ALMANİYANIN YARIMÇIQ DEMOKRATİYASI
Qəribədir ki, Almaniyanın başqa dövlətlərdən insan haqlarına hörmətlə yanaşmağı tələb etməsinə baxmayaraq, nədənsə, bu ölkənin özündə qeyd olunan dəyərlərin kifayət qədər tez-tez pozulmasının şahidi oluruq. İkinci Dünya müharibəsindən sonra imperialist iddialarından əl çəkərək demokratiya yoluna qədəm qoyduğunu bəyan edən bu ölkənin məqsədinə çatması üçün hələ bir qədər də yol qət etməli olduğunu deməyə əsas verən kifayət qədər faktlar mövcuddur. Belə ki, Almaniyada irqçilik, neonasizm, islamafobiya meyillərinin daha da güclənməsi danılmazdır. Miqrantların ölümü ilə nəticələnən “bədbəxt hadisələr”in hiss olunacaq dərəcədə çoxalması, buna paralel olaraq, ölkədəki fərqli etnik kökə malik şəxslərin tez-tez neonasistlərin hücumlarına məruz qalması, irqçilərin kütləvi aksiyalarının ənənə halını alması həyəcan təbilinin çalınması üçün əsas verir.
O da məlumdur ki, bu gün irqçilik və neofaşizm dalğası bütün Avropada özünü göstərməkdədir. Bu, o deməkdir ki, bu gün dünyaya insan haqları və demokratiya dərsləri verməyə çalışan bəzi aparıcı Qərb dövlətlərinin özləri bu sahədə kifayət qədər çatışmazlıqlara malikdir. Fərqli mədəniyyətlərə məxsus toplumların say tərkibinin genişləndiyi Avropa ölkələrində getdikcə daha çox dəstək qazanan ideyaya əsasən, miqrantlar cəmiyyətdə assimilyasiya olmalıdırlar, əks təqdirdə, onlar arzuolunmaz sakinlərə çevrilirlər. Fərqli dinlərin və etnosların nümayəndələrinin öz mədəniyyətinə həddən artıq bağlılığı və yaşatmaq istəyi Avropa cəmiyyətlərində narahatlıq doğurur, bu səbəbdən də müxtəlif mədəniyyətlərin birgə mövcudluğu, yəni multikulturalizm - çoxmədəniyyətlilik inkar olunur. Son illərin təcrübəsi göstərir ki, region dövlətlərində bir vaxtlar yüksək dəyər kimi təbliğ olunan, demokratiyanın bir elementi sayılan multikulturalizm ənənəsindən imtina edilir.
Almaniyada irqçilik təkcə, bu ölkənin cəmiyyətində gedən proseslərlə məhdudlaşmır. İrqçilik və islamafobiya bəzi siyasi dairələrin, hüquq-mühafizə orqanları işçilərinin və KİV-lərinin də yoluxduğu “xəstəlikdir”. Bəzi hallarda ayrı-ayrı siyasi xadimlərin, dövlət məmurlarının radikal irqçi qruplaşmalara himayədarlıq etməsi halları ortaya çıxır. Almaniyada irqçilik və neofaşizm həm də müxtəlif müəlliflərin ksenofob ruhda yazılan kitabları vasitəsilə yayılır. Bütün bunlar ondan xəbər verir ki, Almaniya başda olmaqla bir sıra müasir Avropa cəmiyyətlərində demokratiyanın ən əsas prinsipləri hesab olunan insan hüquqlarının qorunması, tolerantlıq, multikulturalizm dəyərləri tənəzzülə uğrayır.
ALMANİYALI HÜQUQ MÜDAFİƏÇİLƏRİ ÖZ ÖLKƏLƏRİNDƏ BAŞ VERƏNLƏRİ GÖRMÜRMÜ?
Məlumdur ki, bu gün Almaniyada dünyaya demokratiya “paylamaqla” məşğul olan kifayət qədər qeyri-hökumət təşkilatları, fondlar, həmçinin, müxtəlif qurumlarda fəaliyyət göstərən hüquq müdafiəçiləri mövcuddur. İnsan haqlarının müdafiəsi ilə məşğul olan bu qurumların və şəxslərin hədəfi, bir qayda olaraq, neoimperialist güclərin diqqət mərkəzində dayanan və buna baxmayaraq, öz müstəqil siyasətini həyata keçirməkdə israrlı olan dövlətlərdir. Lakin bu “hüquq müdafiəçiləri”nin dünyanın “problemlərini” həll etməzdən öncə, öz ölkələrində vəziyyətin qaydasında olub-olmadığına nəzər yetirməsi daha məntiqəuyğun olardı. Bu zaman həmin şəxslər və qurumlar öz ölkələrində hüquqlarının müdafiəsinə ehtiyacı olan kifayət qədər insanla üzləşəcəklər. Lakin məsələ bundan ibarətdir ki, almaniyalı hüquq müdafiəçiləri öz ölkələrində insan haqlarının pozulması hallarına çox zaman göz yumur, proseslərə reaksiya verməkdən çəkinirlər. Görəsən, Almaniyada etiraz aksiyalarının amansızlıqla dağıdılmasına, insanların həbsinə Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninqin və AŞ PA-da təmsil olunan almaniyalı deputat Kristof Ştrasserin münasibəti necədir? Onlar nə üçün öz ölkələrində baş verən qanunsuzluqlara, qəddarlıqlara etiraz etmirlər? Bəlkə, onlar başqa dövlətlərin vətəndaşlarının qayğısına daha çox qalırlar? Əlbəttə ki, bu münasibət həmin hüquq müdafiəçilərinin qeyri-səmimiliyindən irəli gəlir. Məsələ ondadır ki, Almaniyadakı bəzi “demokratiya keşikçiləri” sıravi insanların deyil, məhdud dairələrin, imperialist mərkəzlərin maraqlarına xidmət edirlər və bu zaman, onlar iftira atmaqdan, demokratiya prinsiplərindən sui-istifadə etməkdən, onların mahiyyətini təhrif etməkdən çəkinmirlər.
BEYNƏLXALQ TƏŞKİLATLARI SUSMAĞA NƏ VADAR EDİR?
Bir məqamı qeyd edək ki, Almaniyada insan haqlarının pozulması halları elə bir həddə çatıb ki, nəhayət bu ölkədəki vəziyyət 2013-cü ilin yazında BMT Baş Assambleyasında geniş müzakirə olunub və mövcud problemlər bir çox ölkələrin qurumdakı nümayəndələri tərəfindən kəskin tənqid hədəfinə çevrilib. Artıq Almaniyanın demokratik ölkə kimi əvvəlki imici xeyli sarsılıb və bu ölkənin başqalarına demokratiya dərsləri verməyə mənəvi haqqının çatmadığını düşünənlərin sayı artıb. Lakin buna baxmayaraq, bir sıra ölkələrdə demokratiya dəyərlərinin qorunmasına nəzarət edən Avropa strukturları, beynəlxalq QHT-lər Almaniyada insan haqlarının pozulması hallarına çox zaman sükutla yanaşır, ən yaxşı halda yumşaq bəyanatlar səsləndirirlər. Belə qurumlardan “Freedom House”, “Human Rights Watch”, “Amnesty İnternational” kimiləri özlərini dəfələrlə ifşa edərək dünyada ziddiyyətli və o qədər də müsbət olmayan imic qazanıblar. Bu ölkədə baş verənlərin transmilli mediada əksini tapması da başqa ölkələrdə yaşanan daha xırda insidentlərin işıqlandırılması ilə müqayisədə xeyli məhduddur. Nəyə görə Türkiyədəki, Azərbaycandakı hadisələri lupa ilə izləyən Qərb mediası Avropanın göbəyində insan haqlarının kobud şəkildə pozulmasına, polis vəhşiliyinə göz yumur? Bunlar isə müəyyən neoimperialist dairələrin maraqları ilə bağlıdır. Həmin siyasi mərkəzlər maraq dairələrində olan dövlətlərin dünyada öz istəklərinə uyğun imicini yaratmaq üçün transmilli mediadan geniş istifadə edirlər.
Bütün bunlar onu deməyə əsas verir ki, son onilliklərdə “demokratiya” anlayışı ayrı-ayrı dövlət rəsmilərinin, neoimperialist mərkəzlərin, bəzi transmilli qurumların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, kütləvi informasiya vasitələrinin əlində müxtəlif siyasi, iqtisadi, sosial, hərbi maraqların təmin edilməsi məqsədinə xidmət edən təzyiq alətinə çevrilib. Müxtəlif siyasi mərkəzlərin demokratiya və onunla səsləşən “insan haqları”, “azadlıq”, “şəffaflıq” kimi anlayışlardan dünyanın fərqli regionlarında iqtisadi, siyasi maraqları naminə istifadə etməsi demokratiya dəyərlərinin təhrif olunmasına, onun öz mahiyyətindən uzaqlaşdırılmasına, demokratiyanın ana xəttini təşkil edən ədalət prinsipinin tapdalanmasına gətirib çıxarır. Almaniya isə bu prinsipi pozan qüvvələrin içərisində ilk sıralarda dayanır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
