Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Donald Tramp ABŞ vətəndaşlarını öldürən mühacirlərə ölüm cəzası verilməsini istəyir

Donald Tramp ABŞ vətəndaşlarını öldürən mühacirlərə ölüm cəzası verilməsini istəyir

12.10.2024 [17:28]

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, Amerika vətəndaşlarını qətlə yetirən mühacirlər ölüm cəzasına məhkum edilməlidir.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bunu Nevada ştatının Rino şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Əcnəbilərdən təşkil olunan qrupların bütün üzvləri toplanaraq həbs edilməli və ya ölkədən qovulmalıdır. Əgər onlar geri dönsələr şərti azad edilmə imkanı olmadan 10 il həbs cəzası almalıdırlar. Mən Amerika vətəndaşını və ya hüquq-mühafizə orqanının əməkdaşını öldürən mühacirlər üçün ölüm cəzasını dəstəkləyirəm”, - deyə sabiq prezident bildirib.

Bundan əvvəl ABŞ-ın qanunsuz mühacirlərdən təşkil olunan cinayətkarlar tərəfindən işğal edildiyini vurğulayan Donald Tramp noyabrın 5-də keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə həmin günün “Amerikanın qurtuluş günü” olacağını demişdi.

Paylaş:
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30