UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib
09.10.2024 [11:13]
UNESCO-nun Baş direktoru Odri Azule Ümumdünya Kitab Paytaxtı Məşvərət Komitəsinin tövsiyəsi əsasında Rabatın (Mərakeş) 2026-cı il üçün Dünya Kitab Paytaxtı seçildiyini elan edib.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, Baş direktor deyib: “2025-ci ildə Rio-de-Janeyrodan sonra Rabatın 2026-cı il üçün Dünya Kitab Paytaxtı elan edildiyini elan etməkdən məmnunam. Rabat kitabların bütün müxtəlifliyi ilə bilik və incəsənət mübadiləsinə kömək edən mədəniyyət mərkəzidir. Artan yerli kitab sənayesi də təhsilin inkişafında mühüm rol oynayır. Bu fəaliyyətlər UNESCO-nun mandatına uyğun həyata keçirilir”.
Rabatda 54 nəşriyyat evi, Afrikada üçüncü ən böyük beynəlxalq kitab və nəşriyyat yarmarkası və getdikcə artan kitab mağazaları var. Bu şəhərin kitab sənayesi təkcə yaradıcı iqtisadiyyatının mühüm hissəsi deyil, həm də biliyin dərinləşdirilməsinə töhfədir.
UNESCO və Ümumdünya Kitab Paytaxtı Məşvərət Komitəsi Rabatı ədəbi inkişafa, mütaliə vasitəsilə qadınların və gənclərin səlahiyyətlərinin artırılmasına, savadsızlıqla mübarizəyə, xüsusən də icmalar arasında aydın öhdəliyinə görə bu titula layiq görüb.
2026-cı il üçün Dünya Kitab Paytaxtı olacaq Rabat kitablara çıxışı artırmaq və yerli nəşriyyat sənayesini dəstəkləməklə davamlı iqtisadi artımı və sosial faydalar kontekstində bir sıra təşəbbüslər həyata keçirəcək. Xüsusilə, şəhər rəhbərliyi bütün sakinlərin savadını artırmaq üçün böyük bir proqram təqdim edəcək.
Tədbirlərin açılışı 2026-cı il aprelin 23-də, Ümumdünya Kitab və Müəllif Hüquqları Günündə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

