Fransızlar Makron-Barnye hökumətinə qarşı etiraz edirlər
01.10.2024 [21:51]
Fransada CGT, “Solidaires”, FSU həmkarlar ittifaqlarının, eləcə də gənclər təşkilatlarının üzvləri tərəfindən “Makron-Barnye hökuməti”nə qarşı”, pensiya islahatının ləğvi və maaşların artırılması tələbi ilə tətil və nümayiş keçirilib. Ölkənin 188 şəhər və qəsəbəsində fransızlar küçələrə çıxıblar.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları bugünkü nümayişin uzun müddət davam edəcək etirazların başlanğıcı olduğunu bildiriblər. Onlar, ilk növbədə, M.Barnye hökumətinin legitimliyini tanımadıqlarını vurğulayıblar. Prezident E.Makronun istefasını tələb edərək, onu xalqın səsinə, seçkilərin nəticələrinə hörmət göstərməyə çağırıblar. Qəzəblərinin soyumayacağını və sona qədər mübarizə aparacaqlarını bəyan edən nümayişçilər etirazların davamlı olacağını diqqətə çatdırıblar. Eyni zamanda, Makronun idarəçiliyindən narazılıqlar səsləndirilib. Bütün ölkədə keçirilən nümayişlərdə təhsil, səhiyyə sahələrində dözülməz vəziyyətin yarandığı, yoxsulluğun baş alıb getdiyi qeyd edilib. Fransızlar sosial və ekoloji ədalət tələblərini bir daha səsləndiriblər. Nəqliyyat sektoru da daxil olmaqla, bir çox sahələrdə uzunmüddətli tətillərin başlandığı bildirilib.
Parisdə “Denfert-Rochereau” meydanına toplaşan nümayişçilər “Bastille” meydanına doğru irəliləyiblər. Onlar xüsusilə iyul seçkilərində uduzan siyasi partiyaların hökumətə gətirilməsindən narazılıqlarını ifadə ediblər. Etirazçılar Makron-Barnye siyasətinə yox deyərək, əllərində “Makron istefa!” plakatları ilə Bastille” meydanına doğru gediblər. Ölkədə milli səviyyədə keçirilən etiraz nümayişləri zamanı Milli Assambleyada Baş nazir M.Barnye yeni hökumətin siyasətini açıqlayıb.
Xəbər lenti
Hamısına baxElm
04 Oktyabr 15:02
YAP xəbərləri
04 Oktyabr 14:53
YAP xəbərləri
04 Oktyabr 14:52
Xəbər lenti
04 Oktyabr 14:49
İqtisadiyyat
04 Oktyabr 14:48
Gündəm
04 Oktyabr 14:46
Dünya
04 Oktyabr 14:44
Gündəm
04 Oktyabr 14:37
Sosial
04 Oktyabr 14:19
Dünya
04 Oktyabr 14:02
Gündəm
04 Oktyabr 13:51
Gündəm
04 Oktyabr 13:50
YAP xəbərləri
04 Oktyabr 12:44
Sosial
04 Oktyabr 12:42
Siyasət
04 Oktyabr 12:34
Sosial
04 Oktyabr 12:30
Elm
04 Oktyabr 12:27
Sosial
04 Oktyabr 12:26
Gündəm
04 Oktyabr 12:16
Elm
04 Oktyabr 12:00
COP29
04 Oktyabr 11:35
Hərbi
04 Oktyabr 11:11
İqtisadiyyat
04 Oktyabr 11:10
Hadisə
04 Oktyabr 11:08
Xəbər lenti
04 Oktyabr 11:03
Dünya
04 Oktyabr 10:57
Siyasət
04 Oktyabr 10:55
Siyasət
04 Oktyabr 10:46
Siyasət
04 Oktyabr 10:33
İqtisadiyyat
04 Oktyabr 10:17
Sosial
04 Oktyabr 09:51
Gündəm
04 Oktyabr 09:44
MEDİA
04 Oktyabr 09:35
Siyasət
04 Oktyabr 09:07
Siyasət
04 Oktyabr 08:57
Sosial
04 Oktyabr 08:48
YAP xəbərləri
04 Oktyabr 08:45
COP29
04 Oktyabr 08:32
Sosial
04 Oktyabr 08:18
Dünya
04 Oktyabr 07:59
Dünya
04 Oktyabr 07:36
Mədəniyyət
04 Oktyabr 07:12
MEDİA
03 Oktyabr 23:47
Xəbər lenti
03 Oktyabr 23:24
Xəbər lenti
03 Oktyabr 23:03
Hərbi
03 Oktyabr 22:48
Siyasət
03 Oktyabr 22:37
Elm
03 Oktyabr 22:05
Xəbər lenti
03 Oktyabr 21:57
Sosial
03 Oktyabr 21:35
Yeni texnologiyalar
03 Oktyabr 21:13
Sosial
03 Oktyabr 20:52
İqtisadiyyat
03 Oktyabr 20:33
Siyasət
03 Oktyabr 20:28
Sosial
03 Oktyabr 20:08
Dünya
03 Oktyabr 19:56
İdman
03 Oktyabr 19:53
Hadisə
03 Oktyabr 19:49
Sosial
03 Oktyabr 19:37
İdman
03 Oktyabr 19:14
Gündəm
03 Oktyabr 19:05
Sosial
03 Oktyabr 18:53
Gündəm
03 Oktyabr 18:49
Gündəm
03 Oktyabr 18:36
İdman
03 Oktyabr 18:34
Gündəm
03 Oktyabr 18:28
Gündəm
03 Oktyabr 18:25
Gündəm
03 Oktyabr 18:15
YAP xəbərləri
03 Oktyabr 18:07
Gündəm
03 Oktyabr 18:05