Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsrail İran təyyarəsinə Beyruta enməmək barədə xəbərdarlıq edib

İsrail İran təyyarəsinə Beyruta enməmək barədə xəbərdarlıq edib

28.09.2024 [17:18]

İrana məxsus sərnişin təyyarəsinin ekipajı İsraildən Beyrut beynəlxalq hava limanına enməmək barədə xəbərdarlıq alıb.

AZƏRTAC xəbər verir ki, “Sada al-Balad” telekanalı bu barədə Livan Nəqliyyat Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.

“İsrail ordusu İran təyyarəsinin ekipajı ilə danışığa başlayıb və onlara Beyrut hava limanına enişin arzuolunmaz olduğu barədə xəbərdarlıq edib”, - deyə məlumatda bildirilir. Nəticədə İran təyyarəsi Tehrana qayıtmağa məcbur olub.

Qeyd edək ki, son günlər aviaşirkətlərin əksəriyyəti Livan-İsrail sərhədində gərginliyin artması və paytaxt Beyrutun mütəmadi bombardmanı səbəbindən ərəb ölkəsinə uçuşları dayandırıb.

Paylaş:
Baxılıb: 455 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30