“Enerji atəşkəsi” çağırışına əməl olunmur...
16.10.2026 [09:42]
Rusiya və Ukrayna qarşılıqlı olaraq hücumları davam etdirir
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə əlaqədar yeni fikirlər səsləndirib. Onun sözlərinə görə, Putin və Zelenski razılaşma əldə etmək istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər. “Biz isə onların razılığa gəlməsinə nail olacağıq” - deyə, Tramp söyləyib. Prezident, hər iki liderin enerji infrastrukturuna hücumların dayandırılmasını nəzərdə tutan atəşkəsi dəstəklədiyini düşündüyünü də bildirib: “Düşünürəm ki, onların hər ikisi enerji atəşkəsini dəstəkləyir. Onlar mütləq razılığa gəlməlidirlər”.
Kiyev “hə” deyir, Moskva isə susur...
Xatırladaq ki, enerji atəşkəsi haqqında razılaşma ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avropa Komissiyası, Ukrayna və NATO nümayəndələrinin bir neçə gün öncə Mayamidə qış mövsümü ərəfəsində Rusiya-Ukrayna müharibəsində gərginliyin azaldılması və başa çatdırılması yollarını müzakirə etməsi zamanı gündəmə gəlib. Hətta Donald Tramp sosial media hesabında oktyabrın 11-dən Ukrayna ilə Rusiya arasında enerji atəşkəsinə dair razılıq əldə olunduğunu açıqlamışdı. Lakin qarşılıqlı hücumlar tərəflər arasında belə bir razılaşmanın əldə olunmadığını ortaya çıxardı.
Rəsmi Kiyev ABŞ Prezidentinin elan etdiyi enerji atəşkəsi təşəbbüsünü dəstəkləsə də, hesab edir ki, Rusiyanın da atəşkəsə qoşulması vacibdir. Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib ki, ölkəsi həmişə gərginliyin azaldılmasına yönələn addımları, insanların həyatının qorunmasını, müharibəyə son qoyulması və davamlı sülhün təmin edilməsi üçün zəruri həlləri tam dəstəkləyib. Prezidentin sözlərinə görə, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə, Kiyev də Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa hazırdır. O, Avropadakı müharibənin əsl səbəbkarının Rusiya olduğunu vurğulayıb. Ukrayna Prezidentinin sözlərinə görə, enerji infrastrukturuna hücumların dayandırılması mümkündür, lakin Rusiya Prezidenti Vladimir Putin buna hazır deyil. Zelenski vurğulayıb ki, gərginliyin azaldılmasına yönələn istənilən addım qarşılıqlı olmalı və real təminatlarla müşayiət edilməlidir.
Faktlar da atəşkəsin real olmadığını bir daha təsdiqləyir. Belə ki, ötən gün gecə saatlarında Rusiya ABŞ Prezidenti Donald Trampın elan etdiyi “enerji atəşkəsi”nə rəğmən ballistik raketlər və dronlardan istifadə edərək Ukraynanın enerji obyektlərinə yenidən kütləvi hücum edib. Bu barədə Zelenskinin “Telegram” kanalında verdiyi məlumata görə, Rusiya gecə ərzində Kiyev, Kiyev bölgəsi və Xarkovdakı enerji və kritik infrastruktur obyektlərinə qarşı 39 ballistik raket, 120-dən çox hücum dronu və sursatdan istifadə edib: “Rusiyanın hədəflənmiş bu ballistik zərbəsi Amerika Prezidentinin atəşkəsi müəyyən etdiyi enerji sektoruna yönəlmişdi. Zərbə tamamilə qəsdən və miqyasına görə nümayişkaranə idi - Rusiya əvvəllər heç vaxt Amerikaya qarşı bu qədər nümayişkaranə hörmətsizlik göstərməyib”.
Prezident vurğulayıb ki, Rusiya Donald Trampın açıqlamalarını təsirli hesab etmir: “Gecə hücumundan sonra ən azı 600 min ukraynalı işıqsız qalıb və daha çox elektrik kəsintiləri ola bilər. 26 elektrik şəbəkəsində və dörd neft-qaz müəssisəsində qurğu və avadanlıqlara ciddi ziyan dəyib. Həmçinin ölən və yaralananlar var. Amerikadan və dünyada reallığa göz yummayan hər kəsdən buna reaksiya verməyi və sərt münasibət bildirməyi xahiş edirik. Rusiya gərginliyin azaldılması fürsətini əldən verib və açıq şəkildə dəlicəsinə məhvetmə müharibəsini davam etdirməyi seçib”. Lakin Ukrayna da dayanmır, Rusiyanın enerji obyektlərinə hücumlarını davam etdirir.
Ukraynada prezident seçkiləri keçiriləcəkmi?
Son vaxtlar rəsmi Kiyevin tutduğu mövqe isə D.Trampın xoşuna gəlmir. Bu səbəbdən də, Ağ Ev rəhbəri bəyan edib ki, Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb: “Mən razılaşma əldə edə biləcək yeni liderin gəlməsini təklif edirəm. Çünki Zelenskinin razılaşma əldə etmək üçün çoxlu imkanları olub, amma nədənsə o, heç vaxt bunu etmir. Düşünürəm ki, Ukraynanın yeni prezidentə ehtiyacı var”. ABŞ Prezidenti Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri də tənqid edib.
Trampın seçki barədə fikirlərinə münasibət açıqlayan Zelenski isə deyib ki, Rusiya Prezidenti Vladimir Putin 60 günlük atəşkəsə razılaşacağı təqdirdə, Ukrayna prezident seçkiləri keçirməyə hazırdır: “Əgər Prezident Tramp həqiqətən seçkilərin keçirilməsini istəyirsə, Putinə desin ki, bizə iki aylıq tam atəşkəs təmin etsin və biz seçkiləri keçirək. Əlbəttə, Ukrayna xalqının istənilən seçimini qəbul etməyə hazır olacağıq”.
Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya silah tədarükü və kəşfiyyat məlumatlarının ötürülməsi proqramlarını dayandırmaqla hədələyib. Bu barədə “Financial Times” qəzeti adı açıqlanmayan avropalı rəsmilərə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ rəsmiləri oktyabrın 10-11-də Kiyev və Avropa paytaxtları ilə əlaqə saxlayaraq, Avropa vəsaitləri hesabına ABŞ-dan Ukrayna üçün silah alınmasını nəzərdə tutan PURL proqramının, eləcə də kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırıla biləcəyini bildiriblər.
Aİ-də Ukraynaya dəstək məsələsində fikir ayrılığı var
Belə bir şəraitdə, Avropa İttifaqı bu həftə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə raket və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına əlavə vəsait ayıracaq. Bu haqda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen açıqlama verib. O, oktyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib. Lyayen “X” sosial şəbəkəsindəki paylaşımında Ukrayna xalqı ilə həmrəyliyini və Zelenskiyə tam dəstəyini ifadə edib. “Ukrayna bu həftə Avropa İttifaqı Şurasının gündəliyində əsas məsələlərdən biri olacaq. Biz gələn il üçün maliyyə ehtiyaclarını və Kiyevə beynəlxalq dəstəyin artırılması yollarını müzakirə edəcəyik. Həmçinin bu həftə Aİ Ukraynanın müdafiəsini gücləndirmək və hava məkanını qorumaq üçün dron və raketlərin alınmasına əlavə maliyyə vəsaiti ayıracaq”, - deyə Avropa Komissiyasının Prezidenti qeyd edib.
Niderlandın Baş naziri Rob Yetten isə Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. O, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə söyləyib. “Bütün Avropa liderlərini maliyyə, hərbi və digər sahələrdə dəstəyi gücləndirməyə çağırıram. Çünki bir çox Avropa ölkəsi Ukraynaya kifayət qədər yardım göstərmir. Ukraynanın bu mənasız müharibədə qalib gəlməsini təmin etmək üçün səylərimizi artırmalıyıq”, - deyə, Baş nazir bəyan edib.
Lakin bəzi Avropa ölkələri belə təşəbbüsləri dəstəkləmir. Məsələn, Slovakiya Ukrayna üçün nəzərdə tutulan yeni Avropa kreditinə qoşulmayacaq. Ölkənin Baş naziri Robert Fitso deyib ki, kreditin ayrılması barədə qərar qəbul ediləcəyi təqdirdə, Slovakiya ilk kreditlə bağlı mövqeyini qoruyub saxlayacaq. Hökumət başçısı, həmçinin Slovakiya və Ukrayna hökumətləri arasında birgə danışıqların noyabrın 5-də Lvov şəhərində keçiriləcəyini bildirib.
Xatırladaq ki, Aİ Şurasının Brüsseldə keçirilən ikigünlük iclasında iqtisadi rəqabətqabiliyyətliliyin artırılması, enerji qiymətlərinin təsirinin azaldılması, Ukraynaya dəstək, Avropanın müdafiə hazırlığı, miqrasiya, Aİ-nin genişlənməsi və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44

