Saniyələrlə ölçülən məsuliyyət...
16.10.2026 [08:54]
Anestezioloqlar tibb dünyasının böyük qəhrəmanlarıdır
Bəzən uğurlu əməliyyatın qəhrəmanı kimi ilk növbədə cərrahın adı çəkilir. Halbuki əməliyyatın təhlükəsizliyini təmin edən, xəstənin ağrı hiss etməməsinə, həyati funksiyalarının qorunmasına və ayıldıqdan sonra özünü mümkün qədər yaxşı hiss etməsinə çalışan peşə sahibləri anestezioloqlardır. Onlar olmasaydı, bu gün uğurlu əməliyyatlardan danışmaq mümkün olmazdı. Anestezioloqlar sadəcə “narkoz verən” həkimlər deyil. Onlar insanın həyatı ilə saniyə-saniyə işləyən, ürək döyüntüsünü, tənəffüsünü, qan təzyiqini izləyən və xəstənin vəziyyətindəki dəyişiklik zamanı prosesə dərhal reaksiya verən peşəkarlardır.
Cərrah bıçağını işlətmədən əvvəl artıq anestezioloq-həkim insan orqanizmini əməliyyata hazır vəziyyətə gətirmiş olur. Bu isə təkcə dərman vasitəsi yox, həm də dəqiq hesablamalar, klinik təcrübə və böyük məsuliyyət tələb edir. Bəzən əməliyyat zamanı ani bir dəyişiklik - təzyiqin enməsi, nəbzin zəifləməsi, nəfəsin dayanması həyatla ölüm arasındakı sərhədi cəmi bir neçə saniyəyə endirə bilər. Həmin anda isə anestezioloq düşünmədən, tərəddüdsüz, sürətli və düzgün qərar verməlidir. Onların cəldliyi və təcrübəsi sayəsində xəstə həyata qayıdır.
Hər il oktyabrın 16-sı bir çox ölkələrdə Ümumdünya Anestezioloqlar Günü kimi qeyd olunur. Bu gün ənənəvi olaraq anestezioloq-reanimatoloqlar və təbabətin həmin sahəsinin bütün mütəxəssisləri tərəfindən peşə bayramı kimi qəbul edilir.
Təbabətin bu sahəsinin tarixi 19-cu əsrin ortalarından başlayıb. Belə ki, 1846-cı il oktyabrın 16-da amerikalı diş həkimi Tomas Morton efir anesteziyası altında əməliyyat keçirib. O, anesteziyaedici olaraq dietil efir inhalyasiyasından istifadə edərək uğurlu əməliyyat aparıb. Buna görə də həmin tarix Ümumdünya Anesteziya Günü kimi qeyd olunur.
Anesteziya sinir həssaslığının itirilməsidir. Süni anesteziya cərrahi əməliyyatlar zamanı, diş müalicəsində, zədələnmələrdə, eləcə də təbabətin digər sahələrində ağrıları aradan qaldırmaq üçün istifadə olunur.
Təbii ki, ağrıkəsicilər dünyada qədim zamanlardan mövcuddur. Məsələn, bir çox hindu tayfaları həssaslığı azaltmaq üçün müxtəlif bitkilərin şirəsindən istifadə edirdilər. “Anesteziya” terminini ilk dəfə qədim yunan həkimi və filosofu Dioskorid istifadə edib. O, eramızdan əvvəl I əsrdə imperator Neronun vaxtında Roma ordusu ilə birgə səyahət zamanı mandraqora bitkisindən yuxugətirən və sakitləşdirici dərmanlar hazırlayıb. Onun köməyi ilə yaralanmış döyüşçüləri sağaltmaq üçün onların ağrılı nahiyəsinə müdaxilə etməyə imkan verən cərrahi əməliyyatlar aparılıb.
Cəmiyyətin inkişafı ilə yanaşı, tibb sahəsində, o cümlədən anesteziologiya sahəsində biliklər təkmilləşdi. Bu, son nəticədə onun ayrı bir tibb sahəsinə çevrilməsinə səbəb oldu. Hazırda anesteziologiya tək cərrahiyyəni deyil, həm də psixiatriya, narkologiya və digər sahələri müşayiət edir. Bundan əlavə, müasir tibb ümumi, yerli və onurğa anesteziyasını fərqləndirir.
Texnologiya inkişaf etsə də, məsuliyyət dəyişmir
Müasir tibbi texnologiyalar anesteziologiyada böyük dəyişikliklər yaradıb. Daha dəqiq monitorinq sistemləri, müasir süni tənəffüs aparatları, dərmanların idarəolunan infuziyası və təhlükəsizlik siqnalları həkimlərə xəstənin vəziyyətini daha ətraflı izləməyə imkan verir. Bununla belə, heç bir cihaz həkimin klinik düşüncəsini, təcrübəsini və məsuliyyətini tam əvəz etmir. Monitor məlumat verir, lakin həmin məlumatın nə demək olduğunu anlamaq, dəyişikliklərin səbəbini müəyyənləşdirmək və uyğun müdaxiləni seçmək yenə də mütəxəssisin üzərinə düşür.
Gələcəyin anesteziologiyasında süni intellekt, fərdiləşdirilmiş monitorinq və daha dəqiq dərman dozalanması kimi texnologiyaların imkanları genişlənə bilər. Lakin bütün yeniliklərin mərkəzində dəyişməyən bir prinsip dayanır: xəstənin təhlükəsizliyi hər şeydən üstündür.
Bugünkü tibbin səviyyəsində, anesteziya yalnız “ağrısızlaşdırma” vasitəsi deyi, insan orqanizmi funksiyalarının əməliyyat zamanı sabit və təhlükəsiz saxlanılması prosesidir. Bu, ölümlə həyat arasında nazik bir xəttin üstündə dayanan həkimin saniyələrlə yarışması deməkdir. Bəzən anestezioloqların əməyini unuduruq. Halbuki onlar insan həyatını dəqiqlik və sükutla qoruyan şəxslərdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44

