YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb
02.07.2026 [14:24]
Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çin Xalq Respublikasına səfər edən Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Şanxay şəhərində “Çinin sosial-iqtisadi inkişafına dair 15-ci beşillik proqram və Çin xüsusiyyətli modernləşmə” və “Kadrların hazırlanması və partiyanın gənclər siyasəti” mövzusunda seminarlarda iştirak edib.
Daha sonra nümayəndə heyətinin Pekin şəhərində ÇKP Beynəlxalq əlaqələr şöbəsinin Avrasiya departamenti direktorunun müavini Syu Çinsian ilə görüşü olub. Görüşdə dövlət başçılarının siyasi iradəsi sayəsində iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, hakim siyasi partiyalar arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Nümayəndə heyəti partiya üzvlüyünün 50 illiyi tamam olan ÇKP üzvlərinin təltif olunması mərasimində də iştirak edib. Tədbirdə ÇKP Mərkəzi Komitəsinin üzvü, Mərkəzi Komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Haysin və digər ÇKP nümayəndələri, eləcə də Azərbaycan, Liviya, Kot d’İvuar, Zambiya və Anqoladan olan nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
YAP nümayəndə heyətinin rəhbəri, partiyanın Təftiş Komissiyasının üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov ÇKP-nin yaradılmasının 105 illiyinin qeyd olunduğu dövrdə belə bir tədbirin keçirilməsinin xüsusi rəmzi məna kəsb etdiyini bildirib: “Bu illər ərzində partiya şərəfli və zəngin inkişaf yolu keçmiş, müasir Çinin formalaşmasında və inkişafında həlledici rol oynamışdır. Bu gün Çinin iqtisadiyyat, elm, texnologiya və dövlət idarəçiliyi sahələrində əldə etdiyi nailiyyətlər dünyada böyük rəğbət və hörmətlə qarşılanır”.
V.İskəndərov siyasi partiyalar arasında təcrübə mübadiləsinin qarşılıqlı anlaşmanın dərinləşməsinə, etimadın möhkəmlənməsinə və müasir dövrün çağırışlarına effektiv cavab verilməsinə mühüm töhfə olduğunu qeyd edib: “Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında münasibətlər bu gün ən yüksək səviyyədədir. Buna Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin rəhbərliyi ilə ölkələrimiz arasındakı hərtərəfli strateji tərəfdaşlıq mühiti önəmli zəmin yaradır. Qeyd etmək istərdim ki, 2024-cü il 13 noyabr tarixində Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində partiyalar arasında Əməkdaşlıq memorandumunun imzalanması tərəfdaşlığımızı keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəltmişdir. Biz partiyalararası əməkdaşlığa böyük dəyər veririk və əminik ki, bu işbirliyi yeni birgə layihələr və təşəbbüslərlə daha da zənginləşərək uğurla inkişaf edəcəkdir”.
Səfər çərçivəsində nümayəndə heyəti ÇKP Mərkəzi Komitəsi Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Sun Haiyan ilə də görüşüb. Görüşdə qarşılıqlı səfərlərin partiyalararası əlaqələrin inkişafında mühüm rolu vurğulanıb. YAP nümayəndə heyətinin keçirdiyi görüşlərdə və iştirak etdiyi seminarlarda faydalı fikir mübadiləsinin aparıldığı diqqətə çatdırılıb.
Nümayəndə heyətinin Hebey vilayətinin Syunyan, Çensyan və Şasi şəhər tipli qəsəbələrinə, Böyük Çin səddinə və İmperator saray kompleksinə ziyarəti də təşkil olunub.
YAP nümayəndə heyətinin səfəri iyulun 2-də başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28

