Milli Qurtuluşdan Zəfərə Aparan Yol
10.06.2026 [15:49]
Bu gün Azərbaycan xalqı tarixinin ən əlamətdar günlərindən biri olan Milli Qurtuluş Gününü qeyd edir. Bu tarixi hadisədən 33 il ötür. 33 il zaman ölçüsündə bir qərinədir. Bir qərinə ərzində dövlətlərin taleyi dəyişir, xalqların gələcəyi müəyyənləşir, tarix yeni məzmun qazanır. Azərbaycanın son 33 illik inkişaf yoluna nəzər saldıqda isə bir həqiqət aydın görünür: 15 İyun təkcə təqvimdə qeyd olunan bir tarix deyil, müasir Azərbaycan dövlətinin xilası və yüksəlişinin başlanğıcıdır.
Qurtuluş anlayışı hər bir xalqın tarixində xüsusi yer tutur. Bu anlayış sadəcə bir təhlükənin və ya problemin aradan qalxmasını ifadə etmir. Qurtuluş dövlətçiliyin qorunması, milli birliyin bərpası, cəmiyyətin gələcəyə inamının yenidən formalaşması və inkişaf yolunun müəyyənləşdirilməsi deməkdir. Tarixdə elə məqamlar olur ki, həmin anlar bütöv bir xalqın taleyini dəyişir. Azərbaycan üçün belə dönüş nöqtəsi məhz 1993-cü ilin iyun hadisələri oldu.
Həmin dövrdə ölkə dərin siyasi böhran, idarəetmə zəifliyi və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə qalmışdı. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətçiliyi ciddi sınaqlarla qarşılaşmışdı. Belə mürəkkəb və taleyüklü şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin gələcək taleyini müəyyənləşdirən mühüm hadisəyə çevrildi. Onun siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və uzaqgörən fəaliyyəti nəticəsində ölkədə sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi və inkişaf strategiyasının əsasları formalaşdırıldı.
Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın siyasi böhrandan çıxaraq sabitlik, dövlətçilik və tərəqqi yoluna qədəm qoymasının rəmzidir. Əgər müstəqillik dövlətin doğum tarixidirsə, Milli Qurtuluş həmin dövlətin yaşamasını, möhkəmlənməsini və gələcəyə inamla irəliləməsini təmin edən tarixi mərhələdir.
Qurtuluş təkcə siyasi sabitliyin bərpası ilə məhdudlaşmırdı. Bu proses həm də xalqla dövlət arasında itirilmiş etimadın yenidən qurulması, milli həmrəyliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf konsepsiyasının müəyyənləşdirilməsi demək idi. Məhz həmin tarixi dönüş nöqtəsi bugünkü müasir, güclü və qalib Azərbaycanın təməlini qoydu.
Milli Qurtuluş yolunun ən möhtəşəm nəticələrindən biri Azərbaycan xalqının 2020-ci ildə əldə etdiyi tarixi Zəfər oldu. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı Böyük Qələbə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və xalqımızın milli qürurunu özünə qaytardı. Bu Zəfər təsadüfi deyildi. Onun siyasi, iqtisadi və ideoloji təməlləri uzun illər ərzində formalaşdırılmış güclü dövlətçilik strategiyasına söykənirdi. Bu strategiyanın müəllifi isə Ulu Öndər Heydər Əliyev idi.
Milli Qurtuluşun tarixi əhəmiyyəti 2021-ci il iyunun 15-də daha bir mühüm hadisə ilə yeni məzmun qazandı. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltməklə yanaşı, regionda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasına da mühüm töhfə verdi.
Şuşa Bəyannaməsinin xüsusi əhəmiyyət daşıyan cəhətlərindən biri də onun tarixi Qars müqaviləsinin yüz illiyi ərəfəsində imzalanması idi. Bir əsr əvvəl regionun gələcəyini müəyyənləşdirən siyasi sənədin davamı kimi qiymətləndirilən bu bəyannamə Azərbaycan-Türkiyə qardaşlığının, strateji tərəfdaşlığının və müttəfiqliyinin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı uğurla icra olunur, şəhərlər və kəndlər yenidən qurulur, həyat öz doğma məkanlarına qayıdır. Bütün bunlar Milli Qurtuluş yolunun məntiqi nəticəsi, müstəqil Azərbaycan dövlətinin gücünün, qüdrətinin və inkişaf potensialının parlaq təzahürüdür.
Bu gün biz təkcə bir tarixi günü qeyd etmirik. Biz bir xalqın ayağa qalxmasının, dövlətin xilasa qovuşmasının, milli iradənin təntənəsinin və gələcəyə inamla addımlayan Azərbaycanın uğur yolunun başlanğıcını qeyd edirik.
Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi yaşayır, onun müəyyən etdiyi inkişaf yolu uğurla davam etdirilir. Çünki Ulu Öndər Heydər Əliyevə qoyulmuş ən böyük abidə məhz müstəqil, güclü, qalib və daim inkişaf edən Azərbaycan dövlətidir.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55

