Enerji Təhlükəsizliyi Azərbaycanın İnkişaf Yolunda Mühüm Amildir
05.06.2026 [21:27]
Bu gün dünyada enerji təhlükəsizliyi ən vacib məsələlərdən biri hesab olunur. Dövlətlərin iqtisadi inkişafı, sənayenin fəaliyyəti və insanların gündəlik həyatı enerji ilə sıx bağlıdır. Enerji resurslarının etibarlı şəkildə əldə olunması və istifadəsi ölkələrin inkişafına birbaşa təsir göstərir. Buna görə də hər bir dövlət öz enerji təhlükəsizliyini təmin etməyə çalışır. Azərbaycan da bu sahədə mühüm nailiyyətlər əldə etmiş və dünya enerji bazarında etibarlı tərəfdaş kimi tanınmışdır.
Ölkəmiz zəngin neft və qaz ehtiyatlarına malikdir. Bu təbii sərvətlərdən səmərəli istifadə Azərbaycanın iqtisadi inkişafında böyük rol oynayır. Müstəqilliyin ilk illərində enerji sektorunun inkişafı qarşıda duran əsas vəzifələrdən biri idi. Bu məqsədlə 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə Azərbaycanın neft strategiyasının əsasını qoydu, ölkəyə xarici investisiyaların cəlb edilməsinə şərait yaratdı və iqtisadi inkişafın sürətlənməsinə təkan verdi.
"Əsrin müqaviləsi"ndən sonra Azərbaycanın enerji sahəsində yeni mərhələ başladı. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələr həyata keçirildi. Bu layihələr sayəsində Azərbaycan öz enerji ehtiyatlarını dünya bazarlarına çıxarmağa nail oldu. Eyni zamanda ölkəmiz regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməyə başladı.
Hazırda Azərbaycan bir çox ölkələrin etibarlı enerji tərəfdaşıdır. Xüsusilə Avropa ölkələrinin enerji təminatında Azərbaycan qazının mühüm rolu vardır. Dünyada enerji sahəsində müxtəlif problemlərin yaşandığı bir dövrdə Azərbaycanın etibarlı təchizatçı kimi çıxış etməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə enerji siyasəti uğurla davam etdirilir və yeni layihələr həyata keçirilir. Dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan enerji sahəsində əldə etdiyi uğurları daha da genişləndirmişdir. Bu gün ölkəmiz təkcə enerji ixrac edən dövlət deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən etibarlı tərəfdaşdır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycanın enerji resursları və həyata keçirilən layihələr həm ölkəmizin inkişafına, həm də tərəfdaş ölkələrin enerji təminatına xidmət edir.
Son illərdə ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirilir. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr enerji mənbələrinin şaxələndirilməsinə, ətraf mühitin qorunmasına və gələcək nəsillər üçün daha sağlam mühitin formalaşdırılmasına xidmət edir. Bu sahədə görülən işlər Azərbaycanın yaşıl enerji ölkəsinə çevrilməsi istiqamətində atdığı mühüm addımlardır.
Nəticə etibarilə, enerji təhlükəsizliyi Azərbaycanın iqtisadi inkişafının, beynəlxalq nüfuzunun və milli maraqlarının qorunmasının əsas amillərindən biridir. Ölkəmizin həyata keçirdiyi uğurlu enerji siyasəti iqtisadi inkişafın davamlı olmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə və Azərbaycanın dünyadakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Bu gün əldə olunan uğurlar göstərir ki, Azərbaycan gələcəkdə də enerji sahəsində öz mühüm rolunu qoruyub saxlayacaq və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə davam edəcəkdir.
Münəvvər İsmayıllı
YAP Ordubad rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43

