Yeni Zaman Partiyasının sədri Musa Ağayevlə Prezident Administrasiyasında görüş keçirilib
04.06.2026 [14:20]
Yeni Zaman Partiyasının sədri Musa Ağayevlə Prezident Administrasiyasında görüş keçirilmişdir.
Məsələ ilə bağlı məlumat redaksiyamıza Partiyanın Mətbuat xidmətindən verilmişdir.
Görüş cari ilin 4 iyun tarixində Prezident Administrasiyasında təşkil olunmuşdur. Yeni Zaman Partiyasının sədri Musa Ağayevi qəbul edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiya çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan mühüm layihələr haqqında məlumatlar vermişdir.
Aparılan fikir mübadiləsi çərçivəsində bildirilmişdir ki, siyasi dialoq mühitinin təşviq olunması prosesində ölkədə fəaliyyət göstərən siyasi partiyalar böyük rol oynayır. Yaranmış sağlam əməkdaşlıq mühiti sayəsində siyasi partiyalar ictimai diskussiyalarda fəal iştirak edir və konkret sahələr ilə bağlı öz praktiki təkliflərini verə bilir. Görüş zamanı həmçinin regionda və dünyada cərəyan edən proseslər fonunda ölkədə milli həmrəylik mühitinin qorunmasının xüsusi əhəmiyyəti də vurğulanmışdır.
Daha sonra Azərbaycan dövləti tərəfindən reallaşdırılan müxtəlif səpgili layihələr ətrafında fikir mübadiləsi aparılmışdır. Ölkənin artan iqtisadi potensialı və beynəlxalq nüfuzunun Azərbaycanın qlobal layihələrin təşəbbüskarı kimi çıxış etməyə imkan verdiyi, habelə son dövrlərdə ölkədə təşkil olunan beynəlxalq tədbirlər sayının artmasının bunun təcəssümü olduğu vurğulanmışdır.
Müşahidə olunan müsbət dinamikanı və ölkənin dayanıqlı inkişafını təqdir edən Partiya sədri vurğulamışdır ki, siyasi partiyalar bu gün aparılan siyasi dialoq sayəsində effektiv demokratik instituta çevrilib. Cəmiyyətdə siyasi partiyalar ilə bağlı müsbətə doğru dəyişilən ictimai fikir səbəbindən bu gün partiyalar ətrafında peşəkar və vətənpərvər qüvvələr toplaşır ki, onların potensialı dövlət və cəmiyyətin inkişafına xidmət edir.
Görüşün sonunda Musa Ağayev xüsusi olaraq vurğulamışdır ki, Yeni Zaman Partiyası bundan sonra da milli maraqlar və dövlətçilik ənənələrinə sadiq qalaraq siyasi dialoq prosesində fəal iştirak edəcəkdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

