Zərifə xanım Əliyeva – işıq saçan ömür
13.04.2026 [22:15]
Yubileylər yalnız keçmişə nəzər salmaq deyil, həm də tarixə bugünkü baxış bucağından qiymət vermək imkanı yaradır. Zaman keçdikcə bir daha aydın olur ki, yaddaşlarda qalanlar məhz öz izini cəmiyyətin taleyinə həkk edə bilən şəxsiyyətlərdir. Azərbaycan xalqının qəlbində dərin hörmət və sevgi ilə yaşayan belə simalardan biri də görkəmli alim və nəcib insan Zərifə xanım Əliyevadır.
Zərifə xanım Əliyevanın adı çəkiləndə ilk olaraq insanın zehnində işıq anlayışı canlanır. Bu, təkcə onun oftalmoloq kimi insanlara nur bəxş etməsi ilə bağlı deyil. Onun ömür yolu, həyat fəlsəfəsi və insanlara münasibəti bütövlükdə bir işıq mənbəyi idi. Bu işıq onun ailəsinə, yaxınlarına, tələbələrinə və şəfa gözləyən insanlara eyni dərəcədə sirayət edirdi. Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış akademik Zərifə xanım Əliyeva yalnız elmi nailiyyətləri ilə deyil, yüksək mənəvi keyfiyyətləri ilə də seçilirdi. Onun timsalında biz həm böyük alimi, həm də dərin insani dəyərlərə malik bir şəxsiyyəti görürük. O, eyni zamanda, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana və cəmiyyət üçün örnək olan Azərbaycan qadını idi. Zərifə xanımın şəxsiyyətini formalaşdıran əsas xüsusiyyətlər – zəngin bilik, yüksək mədəniyyət, insanpərvərlik və Vətənə bağlılıq – onun həyat yolunun hər mərhələsində özünü aydın şəkildə göstərirdi.
Onun həyatına nəzər saldıqda ailə mühitinin rolu xüsusi qeyd olunmalıdır. Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyüyən Zərifə xanım uşaqlıqdan zəhmətə, məsuliyyətə və insanlara hörmətə alışmışdı. Bu mühit onun xarakterinin formalaşmasında, gələcək həyat seçimlərində həlledici rol oynadı. Zərifə xanım Əliyeva peşəsinə böyük sevgi ilə yanaşırdı. O, həkimlik sənətini sadəcə bir ixtisas kimi deyil, insanlara xidmət missiyası kimi qəbul edirdi. “Həkim insanlara günəş qədər lazımdır” fikri onun bu peşəyə baxışını aydın şəkildə ifadə edir. Həqiqətən də, onun fəaliyyəti minlərlə insanın həyatına işıq gətirmişdir. Alimin elmi fəaliyyəti xüsusilə oftalmologiya sahəsində mühüm yeniliklərlə yadda qalıb. Azərbaycanda geniş yayılmış göz xəstəliklərinə qarşı apardığı tədqiqatlar, bu sahədə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində gördüyü işlər onun elmə verdiyi töhfələrin yalnız bir hissəsidir. Onun elmi irsi bu gün də Azərbaycan tibb elminin dəyərli mənbələrindən biri kimi öz aktuallığını qoruyur.
Zərifə xanım Əliyevanın həyatı həm də böyük sevginin, sədaqətin və mənəvi bütövlüyün nümunəsidir. Onun həyat yoldaşı, Ümummilli lider Heydər Əliyevlə münasibətləri qarşılıqlı hörmət və dərin bağlılıq üzərində qurulmuşdu. Bu münasibət illər keçsə də insanların qəlbində xüsusi bir duyğu ilə xatırlanır.
Bu gün Zərifə xanım Əliyevanın adı yalnız elmi nailiyyətlərlə deyil, həm də mənəvi irsi ilə yaşayır. Onun ömür yolu gələcək nəsillər üçün bir örnək, həyat fəlsəfəsi isə insanlıq dərsidir. Belə şəxsiyyətlər zaman keçdikcə daha da ucalır, xatirələri isə xalqın yaddaşında əbədi yaşayır.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19

