Üçüncü dəfə beynəlxalq arenada: Daniyar Aliyevin uğur hekayəsi
04.04.2026 [18:32]
Azərbaycanlı gənclərin beynəlxalq olimpiadalarda qazandığı uğurlar ölkənin gələcəyinə olan inamı daha da gücləndirir. Belə istedadlı şagirdlərdən biri də Bakıdakı Elitar Gimnaziyanın 11-ci sinif şagirdi Daniyar Aliyevdir. O, artıq üçüncü dəfə Beynəlxalq İqtisadiyyat Olimpiadasında (IEO) Azərbaycanı təmsil etməyə hazırlaşır. Ötən il Bakıda keçirilən IEO 2025-də bürünc medal və “Best in Finance” mükafatını qazanan Daniyar bu uğurun arxasında dayanan zəhmət, intizam və motivasiyasını bizimlə bölüşür.
– IEO kimi nüfuzlu bir olimpiadada artıq üçüncü dəfə Azərbaycanı təmsil etmək necə hissdir?
Üçüncü dəfə bu məsuliyyəti daşımaq həm böyük qürur, həm də illərlə toplanan təcrübəni nəticəyə çevirmək üçün əla fürsətdir. Ölkəmi yenidən beynəlxalq arenada təmsil etmək çəkdiyim zəhmətin ən gözəl qarşılığıdır.
– Bu uğura çatmaq üçün gündəlik hazırlıq prosesin necə keçir?
Gündəlik hazırlığım nəzəriyyəni dərindən öyrənmək və mürəkkəb iqtisadi keysləri analiz etmək üzərində qurulub. Eyni zamanda, analitik sürətimi artırmaq üçün mütəmadi zehni riyazi məşqlər edir və biliklərimi praktiki tapşırıqlarla möhkəmləndirirəm.
– Səncə, iqtisadiyyat sahəsində uğurlu olmaq üçün ən vacib bacarıqlar hansılardır?
İqtisadiyyatda uğur üçün ən vacib bacarıqlar analitik düşünmə və rəqəmlərin arxasındakı insan davranışlarını anlamaqdır. Bununla yanaşı, güclü riyazi baza və qlobal trendləri sürətlə analiz etmək qabiliyyəti də mütləqdir.
– Məktəb həyatını və olimpiada hazırlığını necə balanslaşdırırsan?
Məktəb dərslərimi və olimpiada hazırlığını düzgün planlama və intizam sayəsində paralel şəkildə idarə edirəm. Bu yolda mənə hər zaman dəstək olan məktəb direktorumuz Səadət xanım Cahandarovaya xüsusi təşəkkür edirəm. Onun yaratdığı şərait və göstərdiyi etimad uğurlarımda böyük rol oynayır.
– Boş vaxtlarında nə etməyi sevirsən? Hansı hobbilərin var?
Boş vaxtlarımda rəsm çəkməyi çox sevirəm — bu mənim üçün özümü ifadə edə bildiyim xüsusi bir məkandır. Digər maraqlı hobbim isə planespottingdir; təyyarələri izləmək və müşahidə etmək mənə fərqli zövq verir.
– Oxuduğun kitablar arasında sənə ən çox təsir edən hansıdır?
İqtisadiyyata baxışımı formalaşdıran ən əsas mənbələrdən biri Daniel Kahnemanın “Thinking, Fast and Slow” kitabı olub. Bu əsər qərarlarımızın arxasında duran psixoloji amilləri daha dərindən anlamağa kömək etdi.
– Azərbaycanda iqtisadiyyat sahəsində inkişaf üçün gənclərə hansı tövsiyələri verərdin?
Gənclərə tövsiyəm odur ki, nəzəriyyə ilə yanaşı praktiki tətbiqlərə də eyni dərəcədə önəm versinlər. Mənim təsis etdiyim Council for Financial Education (CFE) təşkilatı da məhz bu məqsədlə fəaliyyət göstərir və məktəblərdə maliyyə klublarının yaradılmasını təşviq edir. Ən böyük arzumuz isə bu təşəbbüsü ölkənin bütün məktəblərinə yaymaqdır.
– Özündən kiçik şagirdlərə beynəlxalq olimpiadalara hazırlaşmaq üçün hansı məsləhətləri verərdin?
Ən vacib məsləhətim odur ki, qarşılarına çıxan çətinliklərə baxmayaraq heç vaxt ruhdan düşməsinlər. Hər bir addım yeni bir təcrübədir. Ona görə də daim öz üzərlərində işləsinlər və hədəflərinə doğru inamla irəliləməyə davam etsinlər.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

