Kars Eğitim ve Kültür Vakfının nümayəndə heyəti Qərbi Azərbaycan İcmasını ziyarət edib
04.04.2026 [17:54]
4 aprel 2026-cı il tarixində Kars Eğitim ve Kültür Vakfının nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında qonaq oldular və tərəflər arasında səmimi müzakirələr aparıldı. Əksəriyyəti əslən qərbi azərbaycanlılardan ibarət olan nümayəndə heyəti ilə keçirilən görüş qarşılıqlı əməkdaşlıq və ortaq dəyərlərin müzakirəsi baxımından əhəmiyyətli olub.
Qonaqları İcmanın İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qarşılayıb. Görüş zamanı çıxış edən Əziz Ələkbərli Qərbi azərbaycanlıların tarixi torpaqlarından deportasiyası məsələsinə diqqət çəkərək, bu mövzunun beynəlxalq müstəvidə daha geniş şəkildə gündəmə gətirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, diaspor təşkilatları və müxtəlif ictimai qurumlarla əlaqələrin gücləndirilməsi Qərbi Azərbaycana qayıdış ideyasının təşviqi baxımından mühüm rol oynayır.
İcmanın İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu çıxışında belə görüşlərin strateji əhəmiyyət daşıdığını bildirib. O, Kars Eğitim ve Kültür Vakfı ilə əməkdaşlığın institusional səviyyədə inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, Qərbi azərbaycanlıların çoxluq təşkil etdiyi bu vəqflə birgə layihələrin həyata keçirilməsi üçün xüsusi işçi qrupunun yaradılmasını təklif edib.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxışında görüşün əhəmiyyətindən bəhs edərək, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin bu cür platformalarda daha da möhkəmləndiyini qeyd edib və gələcəkdə birgə sosial-mədəni layihələrin həyata keçirilməsinin önəmini diqqətə çatdırıb.
Görüşdə digər icma təmsilçiləri - millət vəkilləri Musa Quliyev, Tənzilə Rüstəmxanlı, Rizvan Nəbiyev, İcmanın Nəzarət Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, İcmanın Hüquq Komissiyasının sədri Zahid Cəfərov da iştirak və çıxış ediblər. Çıxışlarda əsasən Qərbi Azərbaycan mövzusu, deportasiya tarixinin unudulmaması, milli kimliyin qorunması və bu istiqamətdə birgə fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.
Qonaqlar adından çıxış edən Kars Eğitim ve Kültür Vakfının sədri Kamil Salduz səmimi qəbula görə təşəkkürünü bildirib. O, çıxışında qeyd edib ki, bu cür görüşlər iki qardaş xalq arasında mənəvi bağların daha da güclənməsinə xidmət edir. Kamil bəy bildirib ki, hazırda Türkiyədə Ermənistanın deportasiya siyasətinin qurbanı olan 3 milyondan yuxarı qərbi azərbaycanlı yaşayır və onların hər biri soykökünü unutmayan, tarixi keçmişinə bağlı insanlardır.
Kamil Salduz və nümayəndə heyətinin digər üzvlərindən Ender Aslan, Korkut Oran və digər nümayəndələr Qərbi Azərbaycan həsrətindən, tarixi ədalətin bərpası arzusundan və qurulan mənəvi körpülərin əhəmiyyətindən danışıblar.
Sonda qonaqlara Qərbi Azərbaycan İcması tərəfindən xatirə hədiyyələri, o cümlədən kitablar təqdim olunub. Nümayəndə heyəti həmçinin İcmanın inzibati binası ilə yaxından tanış olub, burada həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat alıblar.
Görüş qarşılıqlı anlaşma, əməkdaşlıq perspektivləri və ortaq tarixi-mədəni dəyərlərin qorunması istiqamətində mühüm addım kimi dəyərləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40

