Enerji əməkdaşlığında yeni mərhələnin konturları
12.03.2026 [15:50]
Martın 3-də Bakı daha bir mühüm beynəlxalq enerji platformasına ev sahibliyi etdi. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının növbəti iclasları dəyişən qlobal enerji gündəminin fonunda xüsusi əhəmiyyət kəsb etdi. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətində əldə olunan nəticələri və qarşıdakı dövr üçün prioritetləri diqqətə çatdırdı. Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq illər ərzində genişlənərək çoxşaxəli platformaya çevrilib. Bu gün Azərbaycan qazı 16 ölkəyə çatdırılır. Bu göstərici ixracın yalnız miqyasını deyil, həm də beynəlxalq etimadı əks etdirir. Cənab Prezident çıxışında vurğuladı: “Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq.” Yeni bazarlara çıxış və mövcud tərəfdaşlarla əlaqələrin dərinləşdirilməsi enerji sahəsində davamlı strategiyanın göstəricisidir.
Son illər Azərbaycan yalnız xammal tədarükçüsü kimi deyil, həm də enerji aktivlərinə sərmayə yatıran ölkə kimi çıxış edir. Xarici bazarlarda elektrik istehsalı və emal güclərinin əldə olunması enerji təhlükəsizliyinə daha geniş baxışın formalaşdığını göstərir. Bu yanaşma enerji zəncirinin müxtəlif mərhələlərində iştirak etməyə, gəlirləri şaxələndirməyə və regional bazarlarda mövqeni möhkəmləndirməyə imkan verir. Qarşıdakı illərdə bir sıra yataqlarda qaz hasilatının artımı gözlənilir. Bu artım daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialının genişlənməsinə də şərait yaradacaq. Dövlət başçısının qeyd etdiyi kimi: “Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur.” Bu isə infrastrukturun müasirləşdirilməsi və ötürücü xətlərin gücləndirilməsi zərurətini gündəmə gətirir. Enerji siyasətində mühüm istiqamətlərdən biri də bərpaolunan mənbələrin inkişafıdır. Artıq iri külək və günəş elektrik stansiyaları istifadəyə verilib, hidroenerji potensialının artırılması istiqamətində işlər aparılır. Cənab Prezident alternativ enerji ilə bağlı planları konkret rəqəmlərlə ifadə etdi: “Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik.” Bu hədəf həm ekoloji öhdəliklərin yerinə yetirilməsinə, həm də daxili enerji balansının optimallaşdırılmasına xidmət edir. Eyni zamanda, gələcəkdə elektrik enerjisinin ixracı perspektivləri də nəzərdən keçirilir. Çıxışda enerji keçidinə münasibət aydın şəkildə ifadə olundu. Dövlət başçısı qeyd etdi: “Qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti hesab edirəm ki, iş məhz belə aparılmalıdır.” Bu mövqe göstərir ki, enerji strategiyası tarazlı yanaşma üzərində qurulub: mövcud resurslardan səmərəli istifadə və paralel şəkildə yeni texnologiyalara sərmayə qoyuluşu. Cənab Prezident onu da bildirdi ki: “Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək”.
Bakıda keçirilən iclaslar bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji sahəsində uzunmüddətli və ardıcıl siyasət həyata keçirir. İxracın genişlənməsi, infrastrukturun gücləndirilməsi, alternativ enerji layihələrinin icrası və beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil edir. Enerji bazarlarında qeyri-müəyyənliyin davam etdiyi bir dövrdə Bakıdan verilən mesaj sabitlik, əməkdaşlıq və real hədəflərə əsaslanan inkişaf modelidir. Eyni zamanda, bu yanaşma Azərbaycanın qlobal enerji arxitekturasında mövqeyini daha da möhkəmləndirir, ölkəni yalnız resurs təchizatçısı deyil, həm də strateji planlaşdırma və enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaş kimi təqdim edir. Qarşıdakı mərhələdə həm ənənəvi enerji resurslarının səmərəli idarə olunması, həm də yaşıl transformasiyanın sürətləndirilməsi iqtisadi dayanıqlığın əsas dayaqlarından biri olacaq. Beləliklə, formalaşan yeni mərhələ Azərbaycanın enerji siyasətini regional çərçivədən çıxararaq daha geniş geoiqtisadi kontekstdə qiymətləndirməyə əsas verir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

