Novruz bayramı milli birliyimizin ən parlaq təzahürlərindən biridir
11.03.2026 [14:39]
Məlumdur ki, Çox əsrlik tarixi ənənələrə söykənən, milli-mənəvi dəyərləri özündə birləşdirən, Azərbaycanın ən qədim bayramlarından biri də Novruz bayramıdır. Xüsusilə qeyd etmək lazımdır ki, Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində keçirilməsində Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidməti vardır. Bu, Ulu Öndərin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi. Bütün həyatı və siyasi fəaliyyəti dövründə milli dəyərlərimizə ehtiram göstərən Ümumelli Lider siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra milli və tarixi bayramlarımızı bərpa etmiş, onlara ümummilli bayram statusu vermişdir.
Yeri gəlmişkən, Novruz - indiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram ən kütləvi xalq və həm də ailə bayramıdır. Bu bayramın insanlara, cəmiyyətə ötürdüyü çox mühüm mənəvi ismarışları var. Ulu Öndər Heydər Əliyev bu bayramın əhəmiyyətini, onun əsas xüsusiyyətlərini belə qiymətləndirirdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Novruz bayramının fəlsəfi, sosial mahiyyətinin əsasında bir harmoniya vardır. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən bu bayram milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır. Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın. Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, döstlarımızı unutmuruq, onlara bayram payı göndərilirik. Belə yüksək əxlaqi-mənəvi keyfiyyətləri aşılayan ailələrimiz milli və bəşəri dəyərlərə hörmətlər yanaşan vətənpərvər nəsil yetişdirir.
Onu da qeyd edək ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində bu gün biz ölkəmizdə milli həmrəyliyi, vətəndaş birliyinin şahidiyik. 44 günlük Vətən müharibəsində, eləcə də 23 saat davam edən antiterror əməliyyatında hər bir vətəndaşımız bir yumruq kimi birləşərək erməni faşizminə qalib gəldi, Qarabağı işğaldan azad etdi. Artıq işğaldan azad olan bütün torpaqlarımızda bayram tonqalları yandırılır, burada böyük quruculuq işləri aparılır. Ölkədə yaranan siyasi dialoq və əməkdaşlıq öz mühüm töhfəsini verməkdədir. Novruz bayramı milli dəyərlərin, mahiyyəti etibarilə milli varlığın qorunma vasitəsidir. Bu yanaşma Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Bu gün qürur hissi keçiririk ki, əbədi yaşamaq hüququ qazanmış Novruz bayramı artıq dünyada tanınmaqdadır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsi tərəfindən Novruz bayramının qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, eləcə də, BMT-nin Baş Məclisinin martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıması Azərbaycanın milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.
Qeyd edək ki, tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirir. Bu bayramda hər kəs yad edilir, insanlar dünyadan köçən əzizlərini, doğmalarını ziyarət edir. Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, etməni terrorunun qurbanı olan dinc əhalimizi dərin ehtiram və hörmət hissi ilə yad edirik. Qazilərimizə Allahdan şəfa diləyirik! Bu əziz günlərdə heç kəs onları, ailələrini tək qoymur. Bu, bizim adətlərimizdən, igid oğullarımıza, qardaşlarımıza, bacılarımıza, balalarımıza olan mənəvi borcumuzdan irəli gəlir. Çıxışlarının birində “Novruz bayramını bir gün Qarabağda qeyd edәcәklәrini illәrdir söylәdiyini xatırladan İlham Әliyev deyib: ‘‘Hәmin gün gәldi..Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi”.
Bəli gün bu gündür. İndi biz öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etmiş ölkəyik! İndi Novruz tonqalları Azərbaycanın hər bir şəhərində, kəndində alovlarınır! Bundan böyük fəxarət hissi, bundan əzəmətli qürur hissi təsəvvür etmək olmaz! Bir daha xalqımız Milli- tarixi bayramımız olan Novruz bayramı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanın qüdrəti daha da artsın, daim inkişaf etsin!
Nuranə Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

