Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qətərin Baş naziri: Regionda vəziyyət sabitləşəndə enerji tədarükü tam bərpa olunacaq

Qətərin Baş naziri: Regionda vəziyyət sabitləşəndə enerji tədarükü tam bərpa olunacaq

10.03.2026 [09:22]

Regionda vəziyyət sabitləşdikdən sonra Doha enerji tədarükünü tam şəkildə bərpa edəcək.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani bildirib.

Vurğulanıb ki, Qətər müştərilərinə və qlobal enerji bazarlarının sabitliyinə sarsılmaz sadiqliyini qoruyur. Lakin mövcud şərait, o cümlədən enerji obyektlərinə edilən hücumlar və Körfəzdə dəniz nəqliyyatının üzləşdiyi çətinliklər Qətərin enerji infrastrukturunda çalışan əməkdaşların və onları dəstəkləyənlərin təhlükəsizliyini qorumaq üçün müvəqqəti tədbirlərin görülməsini zəruri edir.

Qeyd olunub ki, görülən tədbirlər insanların həyatının və həyati əhəmiyyət daşıyan infrastruktur obyektlərinin qorunması məsuliyyətindən irəli gəlir.

Paylaş:
Baxılıb: 349 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31