Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Lənkəranda avtomobil qaz borusuna çırpılıb, sürücü ağır xəsarət alıb

Lənkəranda avtomobil qaz borusuna çırpılıb, sürücü ağır xəsarət alıb

08.03.2026 [20:43]

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Şıxakəran kəndi ərazisində qeydə alınıb. Belə ki, Lənkəran rayonunun Siyavar kənd sakini, 1963-cü il təvəllüdlü Vaqif Mahmud oğlu Heydərov idarə etdiyi “VAZ-2104” markalı nəqliyyat vasitəsi ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yaşayış evlərindən birinin hasarına və qaz borusuna çırpılıb. Qəza zamanı sürücü V.Heydərov ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunub. Onun vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 443 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31