YAP Laçın rayon təşkilatı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib
06.03.2026 [16:54]
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov ərazi partiya təşkilatlarının sədrləri, sosial mediada fəallığı ilə seçilən və rayonun ictimai-siyasi həyatında xidmətləri ilə fərqlənən qadınlarla görüş keçirib.
Görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən İlqar İlyasov başda şəhid anaları olmaqla bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş, Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan söhbət açmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan qadınları öz zəngin mənəvi keyfiyyətləri, intellektual potensialı və yüksək vətəndaş mövqeyi ilə cəmiyyətin müxtəlif sahələrində – dövlət idarəçiliyi, hərbi və təhlükəsizlik strukturlarında, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində fəal iştirak edir, milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına mühüm töhfələr verirlər.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gender siyasəti nəticəsində qadınların ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılmışdır. Təşkilat sədri, həmçinin müasir Azərbaycan qadınının nümunəvi obrazını təcəssüm etdirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrdən və humanitar sahədə həyata keçirdiyi mühüm təşəbbüslərdən bəhs edərək onun fəaliyyətini yüksək qiymətləndirmişdir.
İlqar İlyasov 5 mart tarixində günorta saatlarında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmiş hücum cəhdlərini qətiyyətlə pisləmiş, bu cür təxribatların cəmiyyətimizdə ciddi narahatlıq və haqlı hiddət doğurduğunu qeyd etmişdir. Xüsusi ilə vurğulamışdır ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı təxribatlara dövlətimiz tərəfindən qəti və adekvat cavab verilir.
Çıxış edən qadınlar cəmiyyətin inkişafında qadınların əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmiş, göstərilən diqqət və qayğının onların fəaliyyətinə əlavə stimul verdiyini qeyd etmişlər.
Görüşün sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, Yeni Azərbaycan Partiyasının sıralarında səmərəli fəaliyyəti ilə fərqlənən qadınlara partiya dəyərlərinin təbliğində və ictimai-siyasi proseslərdə fəal iştiraklarına görə Fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

