Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xizək alpinizmi üzrə milli komandanın üzvü: "Dünya Kubokunda uğurlu nəticələrə inanırıq"

Xizək alpinizmi üzrə milli komandanın üzvü: "Dünya Kubokunda uğurlu nəticələrə inanırıq"

20.12.2025 [08:34]

“Əslən azərbaycanlıyam, Avropada böyümüşəm. Azərbaycana sadəcə dağları kəşf etmək üçün gəlmişdim. Elə alındı ki, burada qaldım. Artıq 5 ildir doğma vətənimdə yaşayıram. Son 3 il ərzində isə bir çox Dünya Kuboklarında və beynəlxalq idman yarışlarında iştirak etmişəm”.

Bu fikirləri yeniazerbaycan.com saytına açıqlamasında Azərbaycanın xizək alpinizmi üzrə milli komandasının üzvü Nəzrin Qəribova bildirib.

İdmançı qeyd edib ki, mart ayında Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatına ev sahibliyi edəcək:

“Ölkəmizdə dağ xizək idman növlərinin inkişaf etməsi məni çox sevindirir. Mart ayında Azərbaycan Avropa çempionatına ev sahibliyi edəcək. Komandamız yeni formalaşsa da, Dünya Kubokunda uğurlu nəticələr əldə edəcəyimizə inanıram”.

Məlumat üçün bildirək ki, 2026-cı ilin qış mövsümündə “Şahdağ” xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku ilə yanaşı, moqul üzrə Dünya Kubokunun final mərhələsinə də ev sahibliyi edəcək.

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31