Azərbaycan üçün yeni investisiya qapısı
20.12.2025 [11:13]
Avrasiya İnkişaf Bankı ölkəmizə sərmayə qoymaq niyyətindədir
Avrasiya İnkişaf Bankı (AAİB) Azərbaycanda müxtəlif sahələr üzrə layihələrin maliyyələşdirməsinə hazır olduğunu bəyan edib. Bankın Analitik İşlər üzrə İdarəsinin rəhbəri Aleksey Kuznetsov bildirib ki, Azərbaycanın bu maliyyə təsisatına üzv olacağı istisna edilmir, hazırda bu istiqamətdə son mərhələ üzrə danışıqlar aparılır. Üzvlük təmin olunduqdan sonra AAİB Azərbaycan üçün uyğun model alətləri hazırlayacaq və əməkdaşlıq üçün böyük imkanlar yaranacaq. Eyni zamanda, Avrasiya Bankı Azərbaycanın banka üzvlüyündən sonra ölkə üzrə makroiqtisadi proqnozların dərcinə başlamağı planlaşdırır.
Qeyd edək ki, Avrasiya İnkişaf Bankı Avrasiya ölkələrində iqtisadiyyatların, ticarət və digər iqtisadi əlaqələrin inkişafına və inteqrasiyaya sərmayə qoyan beynəlxalq inkişaf maliyyə institutu kimi tanınır. Bankın əsas missiyası üzv dövlətlərdə bazar iqtisadiyyatlarını və iqtisadi artımı təşviq etmək və investisiyalar vasitəsilə onlar arasında ticarət və digər iqtisadi əlaqələrin genişləndirilməsinə kömək etməkdir. 2006-cı ildə yaradılmış təsisatın Baş ofisi Qazaxıstanın Almatı şəhərində yerləşir. 7 milyard dollardan çox nizamnamə kapitalına malik olan Avrasiya İnkişaf Bankı regionda iri maliyyə institutlarından biri kimi nəhəng layihələrin, regional proqramların maliyyələşdirilməsində aktiv investor kimi çıxış edir.
Yeddi səhmdar dövlətin maliyyə təminatı
Bankın səhmdarları Özbəkistan qoşulduqdan sonra 7-yə çatıb. Misir, İsrail, Hindistan, İndoneziya, İran, Yaponiya, Monqolustan, Sinqapur, Tailand, Koreya Respublikası və Vyetnam bu təşkilata üzv olmaq niyyətindədir. Bankın Sankt-Peterburqda filialı və Astana, Bişkek, Düşənbə, Minsk və Moskvada nümayəndəlikləri var.
N.Podquzovun fikrincə, son 4 ildə bank öz aktivlərini əhəmiyyətli dərəcədə böyütməyə nail olub, həmçinin maliyyələşmə sxemini genişləndirib. 2022-ci il yanvarın 1-dən 2025-ci ilin üçüncü rübünün sonunadək Avrasiya regionunda beynəlxalq maliyyə təşkilatları ilə birlikdə təsdiqlənmiş qeyri-suveren maliyyələşdirmənin ümumi həcmi 21,61 milyard dollar təşkil edib ki, ümumi maliyyələşdirmənin 41 faizi AAİB-in payına düşür. Həmin dövr ərzində Bank region ölkələrinə 8,81 milyard dolları həcmində maliyyələşdirməni təmin edib. AAİB-in tərəfdaşları olan Avropa Yenidənqurma və İnkişaf Bankı isə 4,99 milyard dollar, Beynəlxalq Maliyyə Korporasiyası 2,52 milyard dollar, Asiya İnkişaf Bankı 1,55 milyard dollar, Asiya İnfrastruktur İnvestisiya Bankı 1,49 milyard dollar, Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) isə 0,79 milyard dollar dəyərində kreditləşməni təmin edib. Bundan başqa, Avrasiya Bankı digər tərəfdaşlıq etdiyi maliyyə təchizatçıları olan Avropa İnvestisiya Bankı, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, OPEC Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankı və Fransa İnkişaf Agentliyi ilə birlikdə 1 milyard dollara yaxın maliyyələşmədə fəal rol oynayıb. Ümumilikdə, həmin sərmayələrin əhəmiyyətli bir hissəsi MDB və Asiya ölkələrinə yönəldilib.
AAİB-in hədəfi sərmayələri 12 milyard dollara çatdırmaqdır
AAİB qarşıdakı illərə dair yenilənmiş strategiyasında unikal inteqrasiya rolunu gücləndirmək və tərəfdaşları ilə yeni inkişaf gündəliyinə uyğun sərmayə qoyuluşlarında aktivliyini artırmaq niyyətindədir. Avrasiya regionu ölkələrinin inkişafına töhfəsini gücləndirmək üçün 8 istiqamət təklif edən bank regiondakı birbaşa investisiyalarının həcmini 12 milyard dollara çatdırılmağı hədəf kimi müəyyənləşdirib. Həmin prioritetlər üzrə AAİB regionda nəqliyyat infrastrukturu və logistika, ərzaq təhlükəsizliyi, su və enerji sahələrində inteqrasiya meqalayihələrinin həyata keçirilməsini, rəqəmsal transformasiyanın təşviqini, yaşıl və sosial layihələri üçün maliyyənin artırılmasını nəzərdə tutur.
Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzov Azərbaycan arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu diqqətə çatdıraraq respublikamızın bu təşkilatda səhmdara çevrilmək potensilanı yüksək dəyərləndirib. N. Podquzov bildirib ki, bank öz sıralarına yeni iştirakçıların cəlb edilməsi yolu ilə səhmdarların sırasının genişlənməsinə çalışır. Onların sırasında Azərbaycan xüsusi etimad göstərilir. Banka yeni iştirakçıların cəlb edilməsi AAİB-in fəaliyyətini gücləndirmək strategiysına xidmət etdiyindən hazırda Türkmənistan və Azərbaycanla sıx təmaslar qurulmaqdadır. Qeyd olunub ki, AAİB 2008-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək Azərbaycanda beynəlxalq maliyyə institutları ilə birlikdə 2 milyard 671 milyon dollar dəyərində sərmayə tranşlarında təmsil olunub.
Azərbaycanın Avrasiya Bankının səhmdarları sırasında yer alması ölkəmizin regional proqramlarda yerini daha da artırmaqla birgə sərmayələrin cəlb edilməsinə töhfə verə bilər. N.Podquzovun vurğuladığı kimi iqtisadi artım, məşğulluq, insan kapitalının inkişafı, innovativ sənaye, müasir kənd təsərrüfatı sistemi investisiyalar üçün əsas istiqamətlər sırasında nəzərdə tutulub. Eyni zamanda, Azərbaycanla əməkdaşlığın genişlənməsi bankın ölkəmizin rəqəmsal iqtisadiyyat, nəqliyyat, tranzit, energetika, özəl sektor və digər sahələrdə həyata keçirilən layihələrin maliyyələşdirilməsində iştirakını təmin edə bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

