Humanizm demokratik idarəetmənin keyfiyyət meyarlarından biridir
19.12.2025 [14:26]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Dövlətin gücü təkcə hərbi-siyasi və ya iqtisadi potensialla ölçülmür. Bu güc, eyni zamanda, idarəetmədə insan amilinə verilən dəyər, hüquqi ədalətin tətbiqi və sosial məsuliyyətin necə təmin olunması ilə müəyyən edilir. Məhz bu baxımdan Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü humanist idarəçilik modelinin ardıcıl və düşünülmüş təzahürü kimi dəyərləndirilir. Bu təşəbbüs dövlət-vətəndaş münasibətlərində etimadın, hüquqi sabitliyin və ictimai harmoniyanın möhkəmləndirilməsinə yönəlmiş strateji addımdır.
Azərbaycan dövlətinin hüquqi-siyasi əsaslarının formalaşması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası ilə sıx bağlıdır. Onun siyasi iradəsi və uzaqgörənliyi nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası hüquqi sistemin əsas dayağına çevrilmiş, idarəetmədə sabitlik, ardıcıllıq və məsuliyyət prinsiplərini təmin etmişdir. Konstitusion normalar suverenliyin möhkəmləndirilməsi, vətəndaş hüquq və azadlıqlarının qorunması, hakimiyyət qolları arasında balansın yaradılması baxımından mühüm rol oynamışdır. Bu hüquqi-siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Dövlət idarəçiliyində Konstitusiyaya sədaqət, qanunun aliliyi və milli maraqların qorunması əsas istiqamətlər kimi çıxış edir. Amnistiya təşəbbüsü də məhz bu konstitusion yanaşmanın məntiqi davamıdır.
Dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Sosial ədalətin təmin olunması, vətəndaşların rifahının yüksəldilməsi, cəmiyyətin həssas təbəqələrinə xüsusi diqqətin göstərilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu xətt təkcə sosial sahədə deyil, eyni zamanda hüquq və ədliyyə sistemində də öz əksini tapır. Cinayət-hüquq siyasətində humanist yanaşma cəzanın həm də islahedici və tərbiyəvi mahiyyət daşımasını nəzərdə tutur. Dövlət fərdin gələcək davranışını, onun cəmiyyətə yenidən qazandırılması imkanlarını nəzərə alaraq qərarlar qəbul edir. Əfv fərmanları və sərəncamları, amnistiya aktları bu baxımdan sosial məsuliyyətin və hüquqi humanizmin mühüm vasitələri kimi çıxış edir.
Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü dərin siyasi və mənəvi məzmun daşıyır. Suverenliyin tam bərpası və Konstitusiyanın ali hüquqi qüvvəsinin bütün ərazilərdə təmin olunması dövlətin hüquqi sabitliyini nümayiş etdirir. Belə bir mərhələdə humanist addımın atılması dövlətin öz gücünə və cəmiyyətin inkişaf potensialına olan inamını göstərir. Prezident İlham Əliyevin 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs cəzadan azad olunacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına, cəmiyyətə faydalı üzvlər kimi reinteqrasiya olunacaqlarına olan etimadı nümayiş etdirir. Bu yanaşma hüquqi məsuliyyətlə mərhəmət prinsiplərinin uzlaşdırılmasının bariz nümunəsidir.
Amnistiya aktının layihəsi sosial ədalət və balanslı yanaşma prinsipləri əsasında hazırlanmışdır. Layihəyə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Bu amnistiya aktı müstəqillik dövründə tətbiq dairəsinə görə ən genişmiqyaslı hüquqi qərarlardan biri olacaq. Ümumilikdə 20 mindən çox şəxsin amnistiyadan yararlanacağı gözlənilir. Minlərlə insanın azadlıqdan məhrum etmə və digər cəzalardan azad olunması sosial-siyasi əhəmiyyət daşıyan mühüm hadisədir. Bu amillər dövlətin humanist siyasətinin ardıcıl və sistemli xarakterini, ictimai sabitliyə və sosial barışa verilən önəmi nümayiş etdirir.
1995-ci ildən etibarən həyata keçirilən əfv və amnistiya təşəbbüsləri humanist dövlət siyasətinin davamlılığını təsdiqləyir. Ümummilli Lider Heydər Əliyevin dövründə formalaşmış həmin ənənə Prezident İlham Əliyev tərəfindən yeni ictimai-siyasi reallıqlar nəzərə alınmaqla davam etdirilir. Sözügedən prosesdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Milli Məclisin deputatı olduğu dövrdə irəli sürdüyü təşəbbüslər nəticəsində qəbul edilən amnistiya aktları da mühüm yer tutur. Bu ardıcıllıq dövlətin hüquqi yanaşmalarında düşünülmüş və məqsədyönlü strategiyanın mövcud olduğunu göstərir.
“Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülən amnistiya təşəbbüsü hüquqi dövlət prinsiplərinin, insan hüquqlarına hörmətin və humanist idarəetmənin real ifadəsidir. Bu qərar dövlətin gücünü yalnız inzibati mexanizmlərlə deyil, eyni zamanda mərhəmət, sosial məsuliyyət və ədalət dəyərləri ilə nümayiş etdirdiyini təsdiqləyir. Həmin təşəbbüs dövlətçilik ənənələrinin davamlılığını, Konstitusiyaya sədaqəti və insan amilinə verilən yüksək dəyəri bir daha ortaya qoyur.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

