Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
20.12.2025 [17:40]
Dekabrın 20-də Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda İcmanın İdarə Heyətinin, şuralarının sədrləri və üzvləri, Qərbi Azərbaycan üzrə icma sədrləri və İcmanın ölkə üzrə nümayəndələri iştirak ediblər.
Ümumi yığıncaqda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri professor Ədalət Vəliyev ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi protokola daxil edilən Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. Administrasiya rəsmisi 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasında Qərbi Azərbaycanəsilli ziyalıların bir qrupu ilə görüşünün tarixi hadisə olduğunu və bu görüşün Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə öz doğma torpaqlarına qayıtmaq inamını daha da möhkəmləndirdiyini bildirib.
O, Prezident İlham Əliyevin cari ildə müxtəlif platformalarda 9 dəfə Qərbi Azərbaycan məsələsinə xüsusi diqqət ayırmasını, eləcə də noyabr ayında AMEA-nın 80 illik yubileyi çərçivəsində ziyalılar qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlərin Qərbi Azərbaycan məsələsi ilə bağlı yeni mərhələnin başlanğıcı olduğunu ifadə edib.
Ə.Vəliyev Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan İcması tərəfindən qəbul edilmiş Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsası olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının İcmanın fəaliyyətinin əsasını təşkil etdiyini, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlər görüldüyünü ifadə edib.
İdarə Heyətinin sədri Əziz Ələkbərov yığıncaqda İcmanın birillik fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. O, İcmanın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim edib, görülmüş işlər, həyata keçirilmiş beynəlxalq təşəbbüslər, bütün ölkə ərazisində keçirirmiş tədbirlər, müxtəlif platformalarda aparılan maarifləndirici fəaliyyət barədə ətraflı məlumat verib.
Ə.Ələkbərov bildirib ki, qarşıdakı mərhələdə İcmanın əsas məqsədi Qərbi azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanıdılması, bu hüququn müdafiəsi istiqamətində institusional fəaliyyətin daha da gücləndirilməsidir.
Sədr bundan sonra da soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəyini bildirib, bu işdə İcmanın fəaliyyətinə dəstək olan bütün əlaqədar təşkilatlara təşəkkürünü bildirib.
Nəzarət-Təftiş Komissiyasının sədri professor Vahid Novruzov İcmanın maliyyə hesabatı ilə bağlı çıxış edərək vəsaitlərin şəffaf və məqsədyönlü şəkildə idarə olunduğunu, maliyyə və kargüzarlıq fəaliyyətinin hesabat dövrü ərzində Nizamnamənin tələblərinə uyğun həyata keçirildiyini diqqətə çatdırıb.
Müşahidə Şurasının sədri professor Misir Mərdanov İcmanın fəaliyyətində ictimai nəzarətin əhəmiyyətini vurğulayaraq, qərarların qəbulunda kollegiallıq və şəffaflıq prinsiplərinin qorunmasının vacibliyini qeyd edib.
Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov Qərbi Azərbaycan məsələsinin tarixi yaddaş və milli kimlik baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib, bu məsələnin cəmiyyətin bütün təbəqələrinin birgə səyi ilə daim gündəmdə saxlanılmasının əhəmiyyətini vurğulayıb.
Ziyalılar Şurasının sədr müavini professor Fərrux Rüstəmov Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd edərək, bu istiqamətdə aparılan tədqiqatlar və nəşrlər barəsində danışıb.
Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı Qərbi Azərbaycan məsələsində qadınların fəal iştirakının əhəmiyyətini önə çəkib, humanitar fəaliyyətlər və sosial təşəbbüslər çərçivəsində Qadınlar Şurasının gördüyü işlərdən bəhs edib.
Gənclər Şurasının sədri Şahin İsmayılov isə gənclərin Qərbi Azərbaycan məsələsində fəal mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayaraq, yerli və beynəlxalq platformalarda gənclərin iştirakı ilə həyata keçirilən Qərbi Azərbaycanla bağlı maarifləndirmə tədbirləri haqqında məlumat verib.
Tədbirin sonunda Prezident İlham Əliyev tərəfindən təltif edilmiş, həmçinin bu il yubiley yaşları tamam olmuş bir qrup İcma üzvünə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, İcmanın Nizamnaməsinə uyğun olaraq hər il keçirilən ümumi yığıncağın məqsədi təşkilatın illik fəaliyyətinin qiymətləndirilməsi, görülmüş işlərə dair hesabatların dinlənilməsi, o cümlədən növbəti ildə qarşıda duran prioritetlərin müəyyən edilməsidir.
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

