Həmrəy olmaq!
20.12.2025 [08:52]
İnsanları və dünyanı sınağa çəkən hadisələr...
Həyat çox vaxt qarşımıza gözlənilməz, çətin situasiyalar çıxarır. Bu vəziyyətlər hər birimizin həyatında izlər qoyur və bizi daha da formalaşdırır. Çətin anlar fərqli reaksiya doğura bilər, lakin ən əhəmiyyətli reaksiyalardan biri insanın ətrafındakı insanlarla birləşməsi, bir-birinə dəstək olmasıdır.
İstər bir ölkənin daxilində, istərsə də dünya üzrə hansısa fəlakətlər, çətinliklər baş verdikdə insanlar həmrəylik nümayiş etdirirlər. Cəmiyyətin bu cür davranışı hadisəyə kütləvi reaksiyasıdır və bunu instinktiv də saymaq olar. Bu, insanların birgəyaşayış zamanı təhlükəyə qarşı verdikləri cavabın müasir dövrdəki təzahürü də sayıla bilər. Həmrəylik maraqların vəhdətindən yaranır, eyni zamanda, özü maraqların birliyini formalaşdırır. Buraya qarşılıqlı anlaşma, normalar və vəzifə ümumiliyi daxildir. Həmrəylik cəmiyyətdə insanları vahid orqanizmdə birləşdirmək üsulu kimi də təsəvvür edilə bilər.
Fundamental və universal bəşəri dəyər
Məsələnin mühüm tərəflərindən biri həmrəyliyin fərqli cəmiyyətdə fərqli məzmun kəsb etməsindən ibarətdir. İbtidai cəmiyyətlərdə həmrəylik başlıca olaraq qohumluq əlaqələri üzərində qurulub. Müasir cəmiyyətlər üçün isə müxtəlif meyarlar mövcuddur. Burada cəmiyyətin tarixi təkamülü, milli mentalitetin özəllikləri, siyasi sistemin xüsusiyyətləri, ölkənin yerləşdiyi regionun geosiyasi fərqlilikləri, tarixi-coğrafi faktorlar və s. rol oynayır.
Bu gün Beynəlxalq İnsan Həmrəyliyi Günü kimi qeyd olunur. BMT Baş Məclisi 2005-ci ildə Beynəlxalq İnsan Həmrəyliyi Gününün elan olunması haqqında qətnamə qəbul edib. Qətnamə Minilliyin Bəyannaməsi əsasında hazırlanıb. Bəyannamədə deyilir ki, həmrəylik XXI əsrdə beynəlxalq münasibətlərin əsasını təşkil etməli olan fundamental və universal bəşəri dəyərlərdən biridir.
Həmrəylikdə ideoloji faktorlar
Sosioloqların qənaətinə görə, sosial həmrəylik növü cəmiyyətin tipləri ilə tənzimlənir. Hər cəmiyyətə uyğun həmrəylik modeli ola bilər. Deməli, həmrəylik tarixi xarakterlidir - hər tarixi məqam üçün müvafiq birlik forması tapmaq lazımdır. Buna nail olmadıqda yaxşı birlik modeli belə cəmiyyəti çətin vəziyyətlərə sala bilər. Mütəxəssislərin fikrinə əsasən, orqanik həmrəylik müasir cəmiyyətlərdə olur və insanların qarşılıqlı asılılığından qaynaqlanır. Burada fərdlərin bir-birinə etimadı prinsipial rol oynayır.
Deməli, müasir cəmiyyətlərdə həmrəyliyi təmin etmək üçün xüsusi birləşdirici mexanizmlər olmalıdır. O, əsas olaraq uyğun ideoloji konseptlə bağlı olur. İdeologiya başqa faktorlarla yanaşı, etnosun dünyanın bütün guşələrində olan nümayəndələri arasında birlik yaratmağa imkan verir. Bu səbəbdən müasir cəmiyyətlər üçün düzgün ideoloji konsepsiyanın müəyyənləşdirilməsi həm müstəqil dövlətçilik, həm də vətəndaş cəmiyyəti formalaşdırmaq aspektlərində strateji əhəmiyyət kəsb edir.
Bütün dünyanın həmrəylik nümunəsi...
Məlumdur ki, bütün dünya koronavirus bəlası ilə üzləşdi. Ancaq dünya dövlətləri siyasi ambisiyalarını gizlətməsələr belə, ona qarşı mübarizədə birlik nümayiş etdirdi. Koronavirusa qarşı vaksinlərin yoxsul ölkələrə pulsuz verilməsi, virusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejiminin ölkədaxili və sərhədlərdə tətbiqi həmrəyliyin nümunələrindən sayıla bilər.
Bundan başqa, ötən ilin fevral ayında Türkiyənin 10 əyalətində baş verən 7,7 maqnitulalıq zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırdı. ABŞ, Böyük Britaniya, Azərbaycan, Rusiya, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilatı, bir sözlə, yaxın və uzaq ölkələr yardım etdi. Bir sıra dövlətlərdə könüllü olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması üçün yardımlar toplandı.
Etiraf edək ki, xəbis xislətlilər insanların həmrəyliyinə həmişə mane olub. Lakin sevindirici hal odur ki, onların sayı çox azdır. Son illər baş verən pandemiya, keçən il Türkiyə və Suriyadakı zəlzələ sübut etdi ki, mənləşmə insanları ümumi dəyərlərdən ayıra bilməyib. Beləliklə, son illərdə baş verən hadisələr insan cəmiyyətinin hələ də ali məqsədlərə əməl etdiyini bir daha sübut etdi. Bu isə dünyanın gözəlliyini göstərir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19

