Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Venesuela xarici işlər naziri Rubionu Latın Amerikasına nifrət etməkdə günahlandırıb

Venesuela xarici işlər naziri Rubionu Latın Amerikasına nifrət etməkdə günahlandırıb

20.12.2025 [13:45]

Venesuela xarici işlər naziri İvan Gil Pinto ABŞ-ın Dövlət katibi Marko Rubionun fəaliyyətini kəskin tənqid edərək onu Latın Amerikası və Karib hövzəsinə nifrət etməkdə ittiham edib.

AZƏRTAC xəbər verir ki, Gil bu barədə özünün “Telegram” kanalında yazıb: “Marko Rubionun fəaliyyətinə yekun vurduğu mətbuat konfransı onun yalanlarını, komplekslərini, eləcə də Latın Amerikası və Karib hövzəsinə qarşı nifrətini açıq şəkildə nümayiş etdirdi”.

Xarici işlər nazirinin sözlərinə görə, Rubio “dövlət çevrilişlərinin, müdaxilələrin, sonsuz müharibələrin və rejim dəyişikliyinin təşviqi üzrə mütəxəssisdir” və bu cür siyasəti rədd edən amerikalıların əksəriyyətinin mövqeyini qulaqardına vuraraq ABŞ-ı həmin istiqamətə yönəltmək niyyətindədir. Gil, həmçinin Dövlət katibini “korrupsiyalaşmış ifrat sağçı Latın Amerikası müxalifəti və Mayami mafiyası” ilə əlaqələrdə ittiham edib.

Nazir vurğulayıb ki, Rubionun “hücumları və saxta xəbərləri” Venesuelanın neftini, torpaqlarını, mineral ehtiyatlarını və digər sərvətlərini ələ keçirməyə yönəlib.

Paylaş:
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31