Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik

19.12.2025 [23:35]

Rusiya Prezidenti Vladimir Putin Moskvanın sülhdə və hərbi münaqişələrin olmamasında maraqlı olduğunu, lakin bunun üçün böhranın kök səbəblərinin aradan qaldırılmasının vacibliyini bildirib.

AZƏRTAC xəbər verir ki, “Vladimir Putinlə ilin yekunları” proqramıbda serbiyalı jurnalistin sualına cavab olaraq Rusiya dövlət başçısı deyib: “Biz də gələn il sülh şəraitində və heç bir hərbi münaqişə olmadan yaşamağı çox istərdik”.

Onun sözlərinə görə, sülhün uzunmüddətli, möhkəm və davamlı olması üçün münaqişənin kök səbəblərinin aradan qaldırılmasına nail olmaq lazımdır.

Ukraynanın NATO-ya qoşulması ilə bağlı suala cavab olaraq Putin qeyd edib ki, Rusiya dövlətlərin öz təhlükəsizliyini təmin etmək üçün qərarları müstəqil şəkildə seçmək hüququnu inkar etmir, lakin bu cür qərarların Rusiya üçün təhlükə yaratmamalı olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31