Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb

19.12.2025 [18:24]

Bakıda keçirilən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin müxtəlif idarələrində, eləcə də Milli Müdafiə Universitetində keçirilən görüşlərdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, kadr hazırlığı və qarşılıqlı fəaliyyətin artırılması, habelə regional və beynəlxalq təhlükəsizliyə dair geniş fikir mübadiləsi aparıb, həmçinin mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması və gələcək fəaliyyət planlarının razılaşdırılması məsələlərinə toxunublar.

Alt İşçi Qrupların sədrlərinin iclasın yekunu ilə bağlı məruzələri dinlənildikdən sonra həmsədrlər tərəfindən iclasın ümumi protokolu imzalanıb.

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31