Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir

19.12.2025 [21:25]

Prezident Tramp bu münaqişəyə son qoymaq üçün ciddi səylər göstərir. Məncə, o, bunu tam səmimiyyətlə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti “Vladimir Putinlə ilin yekunları” proqramında bildirib.

Onun sözlərinə görə, Trampla Ankoricdə (Alyaska- red.) keçirilən görüşdə tərəflər ABŞ Prezidentinin təkliflərini razılaşdırıblar. “Biz Prezident Trampın təkliflərini razılaşdırdıq və praktik olaraq razılaşdıq. Buna görə də, nəyisə rədd etdiyimizi demək, tamamilə yanlışdır və heç bir əsası yoxdur”, - deyə Putin vurğulayıb.

Rusiya Prezidenti əlavə edib ki, qəbul edilən qərarların mürəkkəbliyinə baxmayaraq, Rusiya güzəştlərə razı olub. “Bunlar bizim üçün sadə qərarlar olmayıb, amma biz təklif olunan güzəştlərlə razıyıq”, - deyə o bildirib.

Sonda Putin vəziyyətin bundan sonrakı inkişafına görə məsuliyyətin Qərb tərəfində olduğunu bildirib. “Top tamamilə bizim Qərb rəqiblərimizin tərəfindədir”, - deyə Rusiya Prezidenti vurğulayaraq əlavə edib ki, Rusiya “həm danışıqlara, həm də münaqişəni dinc yolla başa vurmağa hazırdır”.

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31