Xəzərdə yeni neft anlaşması
19.12.2025 [11:32]
SOCAR BƏƏ şirkətləri ilə əməkdaşlığı artırır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin “Emirates National Oil Company Group” (“ENOC Group”) arasında kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq istiqamətlərində əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə, o cümlədən qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
“ENOC Group”un İdarə Heyətinin üzvü və baş icraçı direktoru Hussein Lutah isə vurğulayıb ki, son dövrlərdə BƏƏ ilə intensivləşən iqtisadi münasibətlər fonunda enerji infrastrukturu, “yaşıl enerji”, investisiyalar, ağıllı texnologiyalar, mədən sənayesi və digər sahələrdə birgə əməkdaşlıq və qarşılıqlı investisiyaların cəlb edilməsi daha da aktual mövzuya çevrilib.
Ərəb şirkətlərinin SOCAR və Energetika Nazirliyi ilə daha da möhkəmlənən əlaqələrində yeni enerji və hidrogen emalı, “yaşıl enerji” istehsalı məsələləri ön planda dayanır və praktiki addımlar atılmaqdadır.
“Dragon Oil” Xəzərdə
Görüşdə cari ilin noyabrında SOCAR ilə BƏƏ-nin “Dragon Oil” şirkəti arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyətinə də toxunulub. Vurğulanıb ki, bu saziş əlaqələrin genişləndirilməsi baxımından mühüm önəm daşıyır.
Qeyd edək ki, dünya neft-qaz sənayesində tanınmış korporasiyalardan olan “Dragon Oil” Xəzər dənizində də istismar fəaliyyəti sahəsində təcrübə qazana bilib. Belə ki, Xəzərin Türkmənistan sektorundakı 19-cu blokda neft-qaz quyusunda kəşfiyyat işləri apardıqdan sonra gündəlik 20 min barel neft hasilatına nail olmaq məqsədi ilə yatağın sınaq mərhələsində çalışan ərəb şirkəti “Türkmennebit” konserni ilə sıx əməkdaşlıq qurub. Ötən il “Türkmennebit” və “Dragon Oil” arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, BƏƏ şirkəti “Çələkən” bloku yaxınlığında üç perspektivli yatağın işlənməsində ilk işlərə başlayıb. Bu baxımdan, “Dragon Oil”in Xəzər dənizində neft-qaz hasilatındakı təcrübəsi SOCAR-la əməkdaşlıq üçün də əhəmiyyət daşıyır.
SOCAR və BƏƏ-nin “Crescent Petroleum” şirkəti arasında da enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq nəzərdə tutulur. Həmçinin, Dövlət Neft Şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkəti arasında neft və neft-kimya məhsullarının logistikası üzrə əməkdaşlıq perspektivləri diqqətdə saxlanılır.
BƏƏ “yaşıl enerji”yə böyükhəcmli sərmayə yatırır
Ümumiyyətlə, son dövrlərdə BƏƏ ilə intensivləşən iqtisadi münasibətlər fonunda enerji infrastrukturu, “yaşıl enerji”, investisiyalar, ağıllı texnologiyalar, mədən sənayesi və digər sahələrdə birgə əməkdaşlıq və qarşılıqlı investisiyaların cəlb edilməsi daha da aktual mövzuya çevrilib. Ərəb şirkətlərinin SOCAR və Energetika Nazirliyi ilə daha da möhkəmlənən əlaqələrində yeni enerji və hidrogen emalı, “yaşıl enerji” istehsalı məsələləri ön planda dayanır və praktiki addımlar atılmaqdadır.
BƏƏ-nin nəhəng investoru “Masdar” Azərbaycanda ən potensial investorlardan biridir, şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb və stansiya ötən il istifadəyə verilib. “Masdar”la imzalanmış digər sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpaolunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
“Masdar” şirkəti Azərbaycanlı şirkətlərlə birgə Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində işləyir. İnvestisiya planına əsasən, Azərbaycanın bərpaolunan enerji sahəsinə 2 milyard dollardan artıq sərmayə yatırılacaq. Bu iri layihələr nəhəng investisiya portfelinin göstəricisi kimi BƏƏ şirkətlərinin Azərbaycana olan yüksək münasibətini əks etdirir.
Ərəb şirkəti ölkəmizdə “ağıllı qaz” idarəetmə texnologiyalarını quracaq
SOCAR-ın BƏƏ şirkətləri ilə əlaqələrinin digər istiqaməti metan qazının və qalıq yanacağın həcmlərinin azaldılması, bərpaolunan enerji və “ağıllı qaz” texnologiyalarının tətbiqi və digər sahələri nəzərdə tutur. Bir neçə ay əvvəl əldə edilmiş razılığa əsasən, BƏƏ-nin “Esyasoft Holding” LTD şirkəti ilə “ağıllı qaz” şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb ki, layihənin əsas məqsədi qabaqcıl “ağıllı qaz” idarəetmə sistemi texnologiyalarının Azərbaycanda tətbiqini nəzərdə tutur. BƏƏ şirkəti Azərbaycan ərazisində qazın paylanması sahəsində əməliyyat səmərəliliyini artırmaq, xərcləri optimallaşdırmaq, mövcud qaz itkilərini azaltmaq üçün SOCAR-a dəstək verəcək. Layihə 2,5 milyon “ağıllı sayğac”ın quraşdırılması və sistemə dəstək mərhələləri nəzərə alınmaqla təxminən 14 illik dövrü əhatə edəcək. Bu dövr ərzində 480 milyon dollar sərmayənin yatırılması nəzərdə tutulur. Bu sərmayə yaxın gələcəkdə şəbəkənin rəqəmsallaşdırılmasının, “ağıllı təzyiq” və temperatur sensorlarının quraşdırılmasının, “Rəqəmsal həllər laboratoriyası”nın (Digital Solutions Lab) yaradılmasının, əməkdaşların qabaqcıl texnologiyalar üzrə təliminin və beynəlxalq təcrübə mübadiləsinin təşkilinin, süni intellektin tətbiqi, məlumatların “hökumət buludu”nda yerləşdirilməsi ilə informasiya təhlükəsizliyinin təmin olunmasının, eləcə də müasir texnologiyalarla təchiz edilmiş idarəetmə mərkəzinin qurulmasının mümkünlüyünə imkan verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

