Kriptovalyuta ilə bağlı sənəd hazırlanır
19.12.2025 [10:12]
Azərbaycanda kriptovalyuta və bütün növ virtual aktivlər üzrə tənzimləmənin təmin edilməsi məqsədilə tədris və məlumatlandırma xarakterli sənəd hazırlanır. “Azərbaycan Fintex Assosiasiyası” (AzFina) İctimai Birliyi İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib ki, kriptovalyuta sahəsində gəlir mənbələrinin şəffaflığı ilə bağlı ciddi suallar mövcuddur ki, bu da maliyyə inklüzivliyi və maliyyə sabitliyi baxımından yeni risklər yaradır. Ona görə də, bu prosesdə tənzimləyici qurumun - Mərkəzi Bankın (MB) və müvafiq xidmətləri göstərən subyektlərə olan etimadı olmalıdır.
E.Abdullayev qeyd edib ki, stabilkoinlər və növbəti mərhələlərlə bağlı artıq ilkin yanaşma formalaşıb. Hazırda stabilkoinlər və digər virtual aktivlər üzrə fundamental tənzimləyici sənədin hazırlanmasına dair ilkin plan mövcuddur. Gələcəkdə bu proses mərhələli şəkildə idarə olunacaq və biznesin ümidi perspektivdə Mərkəzi Bank tərəfindən tənzimlənən stabilkoinin təqdim edilməsinə müsbət verəcəyi yönündədir.
“PortCoin” kriptovalyutasının alışı və satışı həyata keçirilsə də...
Qeyd edək ki, Azərbaycanda sınaq test kimi “Mobile Payment Solutions” MMC şirkəti (Portmanat brendi) “PortCoin” adlı kriptovalyuta yaradılaraq istifadəyə verilib. “PortCoin” kriptovalyutasının “Portmanat” onlayn ödəniş sistemi üzərindən alışı və satışı həyata keçirilir. “PortCoin” rəqəmsal aktivlər və blokçeyn texnologiyalarını istifadə edərək müasir maliyyə sistemlərini inkişaf etdirmək məqsədilə yaradılıb və Mərkəzi Bank tərəfindən verilmiş EPT-005 saylı lisenziya əsasında xidmətlər göstərir. “Xüsusi tənzimləmə rejimi” çərçivəsində sınaqdan keçirilən blokçeyn əsaslı bu, kripto-aktiv platforma istifadəçilərə kriptovalyuta alışı, satışı, idarəsi və xarici kripto pulqabılardakı vəsaitlərin rahatlıqla Azərbaycan manatına (AZN) çevrilməsi xidmətlərini təklif edir. Ancaq bu, Azərbaycanda kriptovalyutanın maliyyə sistemində hələ tətbiqi demək deyil.
Azərbaycanda kriptovalyutalara investorlarda böyük maraq olsa da, ümumi monetar yanaşma konservativdir. Kriptovalyuta sektoru yüksək riskli investisiya aktivləri olduğundan onun maliyyə sektorunda tətbiqi təhlükəli sayılır. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində tədbirlər görmək niyyətindədir.
Kriptovalyutanın kəskin qiymət sıçrayışları valyuta seqmentində də narahatlıqlar yaradır. Blokçeyn texnologiyaları üzrə qlobal ekspertlər hesab edirlər ki, 2026-cı ildə bu sahənin potensialı özünü real olaraq göstərəcək və dünya maliyyə sisteminə kəskin təsirləri olacaq. Kriptovalyuta bazarının 2025-ci ildəki böyüməsi faktiki olaraq maliyyə sektorunda investorlarda böyük marağı artırıb. Xüsusilə də, ABŞ Prezidenti Trampın virtual pul bazarının tər'fdarı kimi kripto sənayesinə xüsusi institusional dəstəyi virtual maliyyə seqmentinin irəliləməsinə təkan verdi. Bu proseslər fonunda qlobal səhmdarlar cari il ərzində kifayət qədər “Bitcoin” aktivləri topladı. Rəqəmsal pulun az qala tədavül alətlərini geridə qoyması hətta “Mastercard”, “Viza”, “SWIFT” şirkətlərinin “Bitcoin”in beynəlxalq ödəniş mübadilə sisteminə inteqrasiyasının mümkünlüyünü düşünməyə vadar etməkdədir. “Bitcoin”in həm yığım, həm də tədavül vasitəsinə çevrilməklə qlobal maliyyə sistemini dəyişdirməsi bazara institusional investorların gəlməsinə, likvidlik və sabitliyin yüksəldilməsinə, investorları yeni maliyyə alətlərinın cəlbinə şirnikləndirir.
Blokçeyn Tədris Mərkəzinin təlimləri kriptomədəniyyəti formalaşdırır
Bütün bunları nəzərə aldıqda Azərbaycanın investorları üçün də kriptobazara maraq artır, bəzi səhmdarlar qlobal maliyyə alətlərinə sərmayə etməyə meyl edir. Mövcud situasiyalar da ona işarə edir ki, nə qədər konservativ baxış olsa belə, artıq qlobal genişlənmə digər ölkələri, o cümlədən blokçeynə ehtiyatla yanaşan Azərbaycanın da bu sistemə inteqrasiyasını labüdləşdirir. Risk və təhdidlərə rəğmən, ölkəmizdə son illərdə kiberhücumlara qarşı dayanıqlı platformaların qurulması, xüsusilə də Kibertəhlükəsizlik Mərkəzinin yaradılaraq fəaliyyətə başlaması, davamlı olaraq müxtəlif sahələrin təmsilçiləri üçün kibertəhlükəsizlik təlimlərinin keçirilməsi blokçeyn texnologiyaları üzrə gözlənilən təhdidlərin qarşısını almağa imkan verir.
Müvafiq qurumlar blokçeyn alətlərinin maliyyə seqmentinə daxil olması üçün hələ zəruri ekosistemin yaradılmasını, çevik infrastrukturların, blokçeyn mədəniyyətinin formalaşması üçün təlimlərin keçirilməsini zəruri hesab edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı, ASAN İnnovativ İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzinin dəstəyi ilə bir neçə ay əvvəl Bakıda keçirilən “CryptoA2Z” təlimləri də bu strateji məqsədə xidmət edir. Təlim proqramları kriptovalyuta və blokçeyn sahəsində biliklərini artırmaq istəyənlər, həmçinin bu sahəni yeni öyrənmək istəyənləri əhatə edir və məqsəd Azərbaycanda “Binance” ekosistemini tanıtmaq və genişləndirmək, eləcə də yerli dövlət qurumları ilə əməkdaşlığı gücləndirməkdir.
Qlobal çağırışlar kriptovalyutanın ölkəmizdə tətbiqini aktuallaşdırır
Hazırda ölkəmizdə “Rəqəmsal hökumət”ə keçidin təmin edilməsi və “Hökumət buludu”nun yaradılması istiqamətində işlər dayanmadan davam etdirilir. Ölkəmizdə texnoloji inkişaf, rəqəmsallaşma, süni intellektin tətbiqi artır, dövlət qurumları,özəl sektor və cəmiyyətin bütün digər seqmentlərində rəqəmsallaşma dayanmadan irəliləyir. Vətəndaşlar hətta öz kripto hesablarını yaratmaqdadır. İnkişaf meyarları bir çox startapların da kriptobazara inteqrasıyasını sürətləndirməkdədir. Bir sözlə, biznesin qlobal səhm və investisiya icmaları ilə ünsiyyəti genişlənir, yeni maliyyə vektorlarına tələb ildən-ilə daha da çoxalır. Bütün bu amilləri nəzərə aldıqda, kriptovalyuta və blokçeynlərin ölkəmizin bazarına “müdaxiləsi” qaçılmaz olacaq.
Kriptovalyuta ilə bağlı ölkəmizdə yetkin təcrübə və zəruri biliklərin olmaması isə bu sahəyə maraq göstərənləri ciddi təhülkələrlə üz-üzə qoya bilər. Onların blokçeyn texnologiyaları haqqında nüfuzlu ekspert və qlobal bazar iştirakçılarının təlim və tövsiyələrinə ehtiyacları var. Ölkəmizdə fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzi bu istiqamətdə layihələr həyata keçirməklə, yerli biznesin xarici investorlarla əməkdaşlığını artırmağa çalışır.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

