Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək

18.12.2025 [19:53]

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac yanvarın 29-da keçiriləcək.

AZƏRTAC İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərracda Göyçay rayonu “Göyçay” (3 ha), Ağsu rayonu “Ağsuçay” (6 ha), İmişli rayonu “Bəhrəmtəpə II” (10,9 ha) qum-çınqıl, Ağdam rayonu “Şelli” (3 ha) və “Burundağ” (2 ha) mərmərləşmiş əhəngdaşı və Sumqayıt şəhərində “Sumqayıt” (2,57 ha) gil yataqları investorlara təklif olunacaq.

İddiaçılar hərracda iştirakla bağlı sənədləri 2026-cı il yanvarın 22-si saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər.

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31