Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Britaniyada qadınlara qarşı zorakılığın azaldılması üçün yeni təlimlər keçiriləcək

Böyük Britaniyada qadınlara qarşı zorakılığın azaldılması üçün yeni təlimlər keçiriləcək

18.12.2025 [19:42]

Böyük Britaniya hökuməti qadın və gənc qızlara qarşı zorakılığın növbəti on il ərzində yarıbayarı azaldılmasını hədəfləyən yeni strategiya çərçivəsində müəllimlər üçün xüsusi təlimlərin keçiriləcəyini elan edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, təlimlər məktəblərdə misoqiniyanın (qadınlara qarşı nifrət və ayrı-seçkilik) əlamətlərinin erkən mərhələdə müəyyən edilməsinə və bu hallarla sinifdə mübarizəyə yönələcək.

Gənc kişilərin radikallaşmasının qarşısının alınmasına fokuslanan planların bu həftənin cümə axşamı günü ictimaiyyətə təqdim olunacağı bildirilir. Qeyd olunur ki, sənəd cari il ərzində üç dəfə təxirə salınıb. Yeni tədbirlər çərçivəsində şagirdlər razılıq anlayışı, intim görüntülərin paylaşılmasının riskləri, müsbət rol modellərinin müəyyənləşdirilməsi, eləcə də qadınlar və münasibətlər barədə zərərli miflərin tənqid olunması kimi mövzularda maarifləndiriləcək.

20 milyon funtluq paketə yeniyetmələr üçün xüsusi yardım xəttinin yaradılması da daxildir. Bu xətt vasitəsilə gənclər öz münasibətlərində zorakılıq və istismarla bağlı narahatlıqlarına görə dəstək ala biləcəklər.

Hökumət hesab edir ki, misoqiniyanın ilkin səbəbləri ilə erkən mərhələdə mübarizə aparmaq gənc kişilərin gələcəkdə zorakı davranışlar göstərməsinin qarşısını almağa kömək edəcək. Yeni planlara əsasən, risk qrupuna daxil olan şagirdlər əlavə qayğı və dəstək üçün müvafiq proqramlara, o cümlədən qadın və qızlara qarşı qərəzli yanaşmaların aradan qaldırılmasına yönəlmiş davranış kurslarına cəlb ediləcək.

Baş nazir Kir Starmer yeni tədbirlərlə bağlı bildirib ki, hər bir valideyn qızının məktəbdə, onlayn mühitdə və şəxsi münasibətlərində təhlükəsiz olduğuna əmin olmalıdır.

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31