Üçüncü deportasiya...
18.12.2025 [11:45]
Heydər Əliyevin imzaladığı tarixi Fərmandan 28 il ötür
Tarix unutqanlığı bağışlamır. Son 200 ildə xalqımızın üzləşdiyi faciələrdən ibrət götürməliyik. Əks halda, yeni-yeni müsibətlərlə üzləşə bilərik. Bu mənada, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan və qısa müddətdə ölkəni sabitliyə, milli birliyə qovuşduran, inkişafa istiqamətləndirən Prezident Heydər Əliyevin imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman müstəsna önəm daşıyır. Fərmanda vurğulandığı kimi, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb.
Həmin sənəd tarixin bu günündə - 18 dekabr 1997-ci ildə imzalanıb. Aradan 28 il ötüb. Zaman keçdikcə bu sənədin milli yaddaşımızın təzələnməsi, tariximizin araşdırılması nöqteyi-nəzərindən nə qədər böyük əhəmiyyət daşıdığı daha dərindən dərk olunur.
Soydaşlarımızın 1948-1953-cü illərdə üzləşdiyi amansız faciə
İndiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Burada tarix boyu azərbaycanlılar yaşayıblar. Bunu təsdiqləyən çoxsaylı sənədlər və xəritələr var. Günümüzə qədər gəlib çatan həmin xəritələrdə onlarca yaşayış məntəqələrinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir və bunlar əyani şəkildə təsdiqləyir ki, ermənilər bu yerlərdə sonradan məskunlaşdırılıblar. Bundan sonra torpaqlarımızın ilhaqına start verilib. XX əsr bu baxımdan xalqımız üçün bir sıra faciələrlə yadda qalıb. Belə ki, ötən yüzillikdə indiki Ermənistan ərazisinin aborogen sakinləri olan azərbaycanlılar bütünlüklə öz doğma yurd yerlərini tərk etmək məcburiyyətində qalıblar. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında azərbaycanlıların Ermənistan ərazisindən zorla çıxarılmasını “dəhşətli deportasiyalar” kimi səciyyələndirib. Soydaşlarımızın tarixi yurd yerlərindən qovulması bir neçə mərhələdə reallaşdırılıb.
1948-1953-cü illərdə baş verənlər xalqımızın XX yüzillikdə üzləşdiyi sayca üçüncü deportasiya idi. Bu deportasiya İkinci Dünya müharibəsinin sonlarından etibarən formalaşan reallıqlar fonunda baş tutub. Həmin dövrdə fürsətcil ermənilər, o cümlədən də erməni kilsəsi keçmiş ittifaq rəhbərliyinin, necə deyərlər, saqqızını oğurlayıblar. Belə ki, onlar hakim elitanın indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı növbəti deportasiyanın həyata keçirlməsi barədə planın reallaşdırlmasına razılıq verməsinə nail olublar. Deportasiya planı Eçmiədzin kilsəsinin arxiyepiskopu G.Çörəkçyanın 1945-ci il aprelin 19-da Moskvada İ.Stalinlə görüşündən sonra xüsusilə aktiv fazaya daxil olub və hazırlıqlara başlanıb. 1947-ci il dekabrın əvvəlində Azərbaycan və Ermənistan KP MK-larının birinci katiblərinin adından İ. Stalinə məktub göndərilir. Birgə məktubda Ermənistanda yaşayan 130 min nəfər azərbaycanlının köçürülməsi məsələsini həll etmək xahiş olunurdu. Əlbəttə, bu məktub Azərbaycan tərəfindən könüllülük əsasında deyil, bilavasitə mərkəzi hakimiyyətin diktəsi ilə imzalanmışdı. Həmin məktub əsas götürülməklə 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər. 10 mart 1948-ci il tarixində SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” ikinci qərar qəbul edib. 14 maddədən ibarət olan bu qərarda köçürmə ilə əlaqədar olaraq SSRİ hökumətinin, habelə Azərbaycan və Ermənistan Nazirlər Sovetlərinin qarşısında konkret tədbirlərin həyata keçirilməsi vəzifəsi qoyulub.
Arxivlərdə qalan sənədlər dəhşət saçır
Soydaşlarımızın doğma yurd yerlərindən çıxarılması prosesinə vaxt itirilmədən, dərhal başlanıldı. “Könüllü “ köçürmə əslində məcburi səciyyə daşıyırdı. Ailələr alçaldıcı bir tərzdə alın təri ilə tikdikləri evlərindən zorla çıxarılırdılar, etiraz edənlərə təzyiqlər göstərilir, insanlara hətta ev əşyalarını götürməyə belə imkan verilmirdi.
Eyni zamanda, soydaşlarımızı yeni ünvanda da məşəqqətlər gözləyirdi. Arxivlərdə qalan sənədlər dəhşət saçır. 1948-1950-ci illərdə Ermənistandan köçürülmüş 8110 ailədən yalnız 3232-si yaşayış evləri ilə təmin olunmuşdu. 1950-ci ildə köçürülənlər üçün 3500 ev tikmək qərara alınsa da, cəmi 470 ev tikilmişdi. Yalnız 1488 köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin olunmuşdu. 1951-ci ildə köçkünlər üçün 5000 yaşayış evinin tikintisi planlaşdırılsa da, cəmisi 3074 ev tikilib istifadəyə verilmişdi. 1952-ci ildə Ermənistan SSR-dən Kür-Araz ovalığına 600 təsərrüfatın köçürülməsi planlaşdırılır və plan artıqlaması ilə (124,6 faiz) yerinə yetirilir.
Deportasiyanın son dərəcə ağır şərtlər əsasında həyata keçirildiyini Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyevin SSRİ Nazirlər Soveti sədrinin müavini V.Malenkova ünvanlandığı 27 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli yuxarıda sadalanan qərarların yerinə yetirilməsinin vəziyyəti haqqında hesabat xarakterli məktubundan da görmək mümkündür. Həmin məktublarda Kür-Araz ovalığına köçürülən əhali üçün bütün zəruri şəraitin yaradılmadığı - yaşayış üçün mənzillərin olmaması, torpağın yararlı hala salınmaması, su təchizatının həll edilməməsi və digər nöqsanlar vurğulanırdı. Bütün bunları nəzərə alaraq, Ermənistan SSR-dən azərbaycanlıların köçürülmə planında dəyişiklik edilərək bu rəqəmin 1949-cu ildə 15000-dən artıq nəzərdə tutulmaması, Ermənistanın dağlıq rayonlarından köçürülənlərin Azərbaycanın dağlıq rayonlarında yerləşdirilməsinə icazə verilməsi SSRİ Nazirlər Sovetindən xahiş edilirdi.
Lakin amansız deportasiya planında dəyişiklik edilmədi. SSRİ Nazirlər Soveti dəfələrlə edilən bu cür müraciətlərə bir qayda olaraq cavab verirdi ki, təsdiq edilmiş köçürmə qrafikindən kənara çıxmaq olmaz.
Tarixi-mədəni abidələr də erməni vandalizminə məruz qalıb
1948-1953-cü illərdə indiki Ermənistan ərazisindən azərbaycanlıların zorla çıxarılması İrəvan da daxil olmaqla 200-dən artıq yaşayış məntəqəsini əhatə edib. Məcburi qaydada köçürülənlərin ümumi sayı isə təqribən 100 min nəfər olub.
Ən qəddar formalarda həyata keçirilən bu və digər deportasiyalar nəticəsində yalnız insanlar faciələrlə üzləşməmişlər. Həmçinin tarixi abidələrimiz, mədəni-dini irs nümunələrimiz də erməni vandalizminə məruz qalıb. Ermənilər tarixi ərazilərimizdə azərbaycanlı izlərini itirməkdən ötrü ən ağlagəlməz vasitələrə əl atıblar. Hətta qəbristanlıqlar, məscidlər belə dağıdılıb. O cümlədən UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurulub.
Əgər XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində 310 məscid qeydiyyatdan keçmişdisə, indi müasir Ermənistan ərazisində yalnız bir məscid qalıb - Göy məscid. Lakin bu abidəyə münasibətdə də erməni xisləti ortadadır. Belə ki, Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir.
O cümlədən İrəvanda və digər ünvanlarda Azərbaycan dillidə olan təhsil müəssisələri, teatlar bağlanıb, 60-dan artıq yaşayış məntəqəsində toponimər eybəcər erməni adları ilə əvəzlənib.
Yeni strateji mərhələnin əsas ümummilli ideyalarından biri
İkinci Qarabağ müharibəsinədək müstəqil Azərbaycanın əsas ümummilli ideyası ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi idi. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bu məsələ daim ölkəmizin gündəliyinin mərkəzində saxlanıldı və milli güc bu istiqamətdə səfərbər edildi. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan şanlı qələbələr sayəsində biz əsas ümummilli ideyamızın gerçəkləşməsinə nail olduq.
Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində qazanılan qələbələrin əhəmiyyəti misilsizdir. Biz dünya erməniliyinə , Azərbaycanofob güclərə qalib gəlmişik. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, biz uğurlarımızı, tarixi zəfərlərimizi uzun müddət istismar edə bilmərik. Yeni strateji mərhələdə qarşımızda digər mühüm prioritetlər dayanır. Hazırda bizim əsas ümummilli ideyalarımızdan biri zamanında indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanıların tarixi yurd yerlərinə qayıdışının təmin edilməsi ilə bağlıdır. Azərbaycan dövləti və cəmiyyəti bu məsələdə israrlı yanaşma sərgiləyir.
Məğlub Ermənistan Qərbi Azərbaycandan olan insanların geri qayıdış hüququnu tanımaq istəmir. Rəsmi İrəvan Azərbaycanın bu məsələni gündəmə gətirməsini yanlış olaraq Ermənistanın ərazi bütövlüyünə təhdid anlamında təqdim etməyə çalışır. Bu, qarşı tərəfin əl atdığı növbəti manipulyasiyadır. Ölkəmizin heç bir qonşu dövlətin, o cümlədən də Ermənistanın ərazi bütövlüyünü pozmaq kimi bir niyyəti yoxdur. Qərbi Azərbaycandan olan insanların doğma yurd yerlərinə qayıtmaları məsələsinə gəldikdə isə bu, beynəlxalq hüquqla təsbit edilən insan haqları məsələsidir. Ermənistanın özünün də qoşulduğu bir sıra beynəlxalq konvensiyalar insanların qayıdış hüquqlarını tanıyır. Bu sırada Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı, Pinheiro Prinsiplərini və beynəlxalq adət hüququnu qeyd etmək mümkündür.
Biz tarixi ərazilərimizə dinc yolla qayıtmaq istəyirik. Prezident İlham Əliyevin təbirincə desək, soydaşlarımız Qərbi Azərbaycana tanklarla yox, avtomobillərlə qayıdacaqlar. Qərbi Azərbaycan İcmasının (QAİ) bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Qurumun fəallığı sayəsində soydaşlarımızın tarixi yurd yerlərinə qayıdış məsələsini beynəlxalq müstəviyə çıxarmaq mümkün olub. Sevindirici haldır ki, qurumun hazırladığı ayrı-ayrı sənədlər BMT səviyyəsində yayılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

