Dövlətin növbəti sosial qayğısı
18.12.2025 [11:14]
Şəhid ailələri və müharibə əlilləri əmlakın qeydiyyatı ilə bağlı rüsumlardan azad ediləcək
Milli Məclis “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikləri birinci oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, müharibə əlilləri və şəhid ailələri əmlaka mülkiyyətin qeydiyyatı ilə bağlı sənədlərə görə tələb olunan rüsumlardan azad ediləcək. Belə ki, həmin sosial kateqoriyaya aid insanlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6-cı və “Dövlət rüsumu haqqında” Qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun bütün dərəcələrini ödəməkdən azad olunacaq. Həmin rüsum dərəcələrinə daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın (şəhadətnamə), texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi, ipotekanın dövlət qeydiyyatına alınması və daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər daxildir.
Təklif olunan dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının - müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.
Vergi və sosial xarakterli güzəştlər
Mövcud qərar ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə dövlətin sosial diqqətinin və qayğısının nümunəsi olmaqla, bu siyasətin ardıcıl xarakter daşıdığını təsdiqləyir. Vətən Müharibəsindən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən biri şəhid ailələrinin və sağlamlığını itirmiş qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu siyasətə uyğun olaraq, post-nünaqişə dövründə adıçəkilən sosial qruplara davamlı olaraq müxtəlif sosial güzəştlər edilir, müvafiq olaraq qanunvericilikdə dəyişikliklər edilməklə onların sosial müdafiəsinə yönəlmiş tədbirlərin əhatə dairəsi genişləndirilir.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, həmin kateqoriyaya aid şəxslərin maliyyə-vergi yükü azaldılıb. Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində sağlamlığını itirmiş və əlilliyi müəyyən edilmiş hərbi qulluqçular üçün yeni vergi güzəştləri müəyyənləşdirilib. Eyni zamanda, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib. Şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərə verilən maddi yardımın 20 min manatadək olan hissəsi gəlir vergisindən azad edilib. Təhsil və ya müalicə haqları üzrə də vergi azadolmaları tətbiq olunub. Habelə gəlir vergisi üzrə digər dəyişiklik ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsinin, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi təmin olunub.
Həmçinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və qanunlarda, Əmək və Vergi Məcəllələrinə dəyişikliklər edilməsi nəticəsində sosial güzəştlər tətbiq olulub. Belə ki, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının və ərlərinin və övladlarının vergi tutulmalı olan aylıq gəlirləri, əməkhaqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsidir.
Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılıb. Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılıb.
Mənzil-məişət şəraitinin yaxşılaşdırılması
Şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin elektron reyestiri yaradılıb ki, bu da həmin şəxslər barədə vahid informasiya bazasının təmin edilməsinə və daha çevik və operativ sosial xidmətlər göstərməyə imkan verməkdədir.
2024-cü ildə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişikliklər nəticəsində şəhid ailələri üçün güzəşt hüququ qüvvəyə minib və şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə şəhid ailəsi statusu olmayan ailə üzvlərinin də mənzil növbəsinə yazılması təmin olunub. Qanuna edilmiş dəyişikliklər şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi və mənzil təminatlarının yaxşılaşdırılması baxımdan mühüm əhəmiyyət kəsb etməklə, mənzil təminatı üzrə tədbirləri genişləndirib.
Beləliklə, çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində qayğı ilə əhatə olunmuş şəhid ailələrinin və müharibə əlillərinin davamlı olaraq bütün problemləri və qayğıları dövlətin xüsusi nəzarətində saxlanılmaqla ardıcıl qaydada öz həllini tapmaqdadır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

