Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni ili harada qarşılayaq?

Yeni ili harada qarşılayaq?

18.12.2025 [08:34]

Azərbaycanda və xarici ölkələrdə qış turizmi...

Qış turizmi soyuğu sevənlər üçün təkcə əyləncə deyil, həm də təbiətin tamam fərqli bir üzünü kəşf etmək imkanıdır. Qarın sakitliyi, dağların təmiz havası və buzlu mənzərələrin yaratdığı ecazkar atmosfer bu mövsümü daha da cazibədar edir. Qış turizmi həm macəra sevənləri, həm də sakitlik axtaranları özünə cəlb edir. Soyuq hava bəzən elə bir hiss yaradır ki, sanki təbiət susur, məhz bu sükutun içində insan özünü daha aydın duyur.

Bu gün həm Azərbaycanda, həm də dünyada qış turizmi sürətlə inkişaf edir. Lakin hər regionun özünəməxsus üstünlükləri, fərqləri və ortaq cəhətləri var.

Azərbaycanda və dünyada qış turizmi...

Azərbaycanda qış turizminin əsas mərkəzləri Qusar (Şahdağ), Qəbələ (Tufandağ) və Naxçıvanın dağlıq əraziləridir. Bu bölgələr həm təmiz dağ havası, həm də müasir infrastrukturla diqqət çəkir. Xüsusilə Şahdağ Qafqazın ən böyük qış turizm mərkəzlərindən biri hesab olunur. Burada yeni başlayanlar üçün yüngül traslar, peşəkar xizəkçilər üçün isə daha çətin enişlər mövcuddur. Azərbaycanın qış turizminin üstünlüklərindən biri də məsafələrin qısa olmasıdır - həm istirahət, həm də aktiv idman üçün uzağa getməyə ehtiyac qalmır. Üstəlik, milli mətbəxin isti yeməkləri, insanların qonaqpərvərliyi və bölgələrin sakit atmosferi bu təcrübəni daha da cazibədar edir.

Dünyada isə qış turizmi daha geniş miqyas və rəngarəngliklə inkişaf edib. İsveçrə, Avstriya, Fransa və İtaliya Alp dağları ilə məşhurdur. Bu ölkələrdəki xizək kurortları həm mükəmməl infrastruktur, həm də uzun illərdən bəri formalaşmış qış turizmi ənənələri ilə seçilir. Kanada və Norveçdə isə buz otelləri, qütb işıqları, “husky” turları kimi unikal təcrübələr xüsusilə populyardır. Bu ölkələrdə qış turizmi yalnız xizək idmanı ilə məhdudlaşmır, mədəniyyət, təbiət və ekstremal fəaliyyətlərin birləşməsi onu daha maraqlı edir.

Ortaq cəhətlər var

Fərqlər əsasən miqyas və infrastruktur səviyyəsindədir. Dünyanın məşhur qış mərkəzləri illərdir beynəlxalq turizmə hesablandığından xidmətlər daha peşəkar və geniş çeşidlidir. Azərbaycanda isə təbiət gözəlliyi, əlçatanlıq və sakitlik ön plana çıxır. Lakin hər iki məkanda qış turizmini birləşdirən ortaq cəhətlər də çoxdur: təmiz hava, dağların sükutu, xizək imkanları, qarlı kəndlərin özünəməxsus ab-havası və qışın insana bəxş etdiyi təzələyici enerji.

Bölgələrimizdə Yeni ili qarşılamağın qiymətləri

Qış turizmindən söz açmışkən, Yeni ili paytaxtdan kənarda, bölgələrimizdə, həm də xarici ölkələrdə qeyd edənlər var. Yeni ili xarici ölkələrdə qarşılayan yerli turistlər əsasən, Türkiyə, Rusiya, Gürcüstan və Dubaya səfər edirlər.

Bayramla əlaqəli olaraq yerli otellər turistlər üçün də şənlik proqramı təklif edir. Burada istirahət xaricdən heç də ucuz başa gəlmir. Ekspertlərin fikrincə, turpaketlərin qiymətlərində bayram günü yaxınlaşdıqca bahalaşma müşahidə edilir.

Bölgələrimizdə fəaliyyət göstərən əksər mehmanxanalar Yeni il gecəsini şou-proqram ilə yaddaqalan etməyə hazırlaşırlar. 31 dekabr 2025 - 2 yanvar 2026-cı il tarixlərini əhatə edən (2 gecə 3 gün) qiymətlərə 2 nəfər üçün oteldə qalmaq, qidalanma, qala gecəsi, canlı musiqi, gündəlik əyləncə proqramları, hovuz, sauna, hamam və s. imkanlardan istifadə daxildir.

Bir sıra hotellərin Yeni il münasibətilə qiymət təkliflərini təqdim edirik:

Shamakhi Palace Sharadil: 1980 manatdan başlayan qiymətlərlə

Qafqaz Tufandag Hotel: 1699 manatdan başlayan qiymətlərlə

Basqal Resort & Spa: 1660 manatdan başlayan qiymətlərlə

Shabran Wellbeing Resort: 1650 manatdan başlayan qiymətlərlə

Qafqaz Riverside Hotel: 1595 manatdan başlayan qiymətlərlə

Lankaran Springs Wellness Resort: 1500 manatdan başlayan qiymətlərlə

Marxal Resort & Spa: 1420 manatdan başlayan qiymətlərlə

Quba Macara Lake Park: 1380 - 2150 manat civarında

Lachin Resort: 1240 manatdan başlayan qiymətlərlə

Şah Əsəri Xankəndi: 960 - 1620 manat civarında

Şuşa Hotel: 950 manatdan başlayan qiymətlərlə

Chinar Health Hotel:  620 manatdan başlayan qiymətlərlə

Qeyd edək ki, qiymətlər otelin imkanlarından və xidmətlərdən asılı olaraq dəyişə bilir. Yeni ili 3 ulduzlu otellərdə daha münasib qiymətlər ilə qarşılamaq mümkündür.

Xarici ölkələrdə qeyd etmək neçəyə başa gəlir?

Bayramı maraqlı qeyd etmək istəyən bəzi vətəndaşlarımız xarici ölkələrə də üz tutmaq niyyətindədirlər. İlk növbədə Gürcüstan çox yaxşı seçimdir. Xüsusilə, Tbilisi və Batumi Yeni il ərəfəsində bayram ab-havası, münasib qiymətləri və yaxın məsafəsi ilə fərqlənir. Bundan əlavə, Türkiyə hər zaman populyardır. İstanbul, Kapadokiya və Bursa kimi şəhərlər həm alış-veriş, həm də yeni il proqramları baxımından cəlbedicidir.

Daha fərqli mədəniyyət görmək istəyənlər üçün Balkan ölkələri, xüsusilə Serbiya və Monteneqro münasib qiymətlər və maraqlı yeni il tədbirləri ilə seçilir.

Bir qədər çox büdcəli, amma ekzotik seçim kimi isə Misir və BƏƏ (Dubay) də tövsiyə olunur. Bu ölkələrdə həm istirahət, həm də bayram əhval-ruhiyyəsi yüksək səviyyədə olur. Ümumilikdə, vətəndaşlarımız büdcələrinə və maraqlarına uyğun olaraq bu istiqamətlərdən rahatlıqla seçim edə bilərlər.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31